BAKU Azərbaycan
°C

Ümumdünya Səhiyyə Assambleyasının 75-ci sessiyası çərçivəsində səhiyyə naziri Teymur Musayevlə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus arasında görüş keçirilib.

Səhiyyə Nazirliyindən Gundem.az-a verilən xəbərə görə, görüşün əvvəlində Teymur Musayev Tedros Adhanom Qebreyesusu Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru vəzifəsinə ikinci müddətə seçilməsi münasibətilə təbrik edib.

O, ötən müddət ərzində Təşkilatın Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.

Daha sonra nazir COVID-19 pandemiyası ilə mübarizədə ölkəmizin uğurlu təcrübəsini paylaşaraq, vaksinasiya səviyyəsinin əhalinin hədəf qrupu üzrə 90%-dən artıq olduğunu, Azərbaycanın “COVAX” təşəbbüsünə qoşulan ilk ölkələr sırasında yer aldığını diqqətə çatdırıb, həmçinin son dövr ərzində əhalinin sağlamlığının qorunması məqsədilə aparılan islahat tədbirlərinə dair məlumat verib.

Təşkilatın Baş direktoru cənab Tedros Adhanom Qebreyesus Azərbaycan Prezidenti cənab İlham Əliyevin ÜST ilə əməkdaşlığa verdiyi önəmi yüksək qiymətləndirib. Xüsusən pandemiya dövründə ölkəmizin Təşkilata etdiyi humanitar yardımları, eyni zamanda xəstəliyin aradan qaldırılması məqsədilə ölkələri birgə əməkdaşlığa səsləyən qlobal çağırışları xatırladıb.

Cənab Qebreyesus Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə sıx təmaslarının olduğunu diqqətə çatdıraraq iyun ayında keçiriləcək Forumda iştirakını səbirsizliklə gözlədiyini bildirib.

Forum çərçivəsində Tedros Adhanom Qebreyesus ilkin səhiyyə xidmətləri sahəsində Azərbaycanda görülən işlərlə yaxından tanış olmaq istəyini diqqətə çatdırıb.

Sonda tərəflər arasında Təşkilatın səhiyyə böhranlarına hazırlıq və cavab tədbirlərinin gücləndirilməsi, akademik fəaliyyətin genişləndirilməsi, eləcə də digər qarşılıqlı maraq kəsb edən məsələlərə dair fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev İNŞA EDİLƏCƏK

Cəbrayılın Maşanlı kəndində 2 360 sakin üçün 590 fərdi ev inşa ediləcək

Məşhur içki şirkətinin İsmayıllıda zavodu tikiləcək - FOTO

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - DOSYE

Prezident Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB

Azərbaycanlı biznesmen QƏFİL ÖLDÜ - FOTO

Prezident “Zəngilan” və “Şayıflı” SES-in açılışını etdi - YENİLƏNDİ

Prezident Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNDİ + FOTO

Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini QOYDU - FOTO

İlham Əliyev Böyük Mərcanlı kəndinin təməlini QOYDU - FOTO

Prezident Cəbrayılın Karxulu kəndinin təməlini QOYDU - FOTO

Hakan Fidan Pakistana GEDƏCƏK

Prezident Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini QOYDU

Prezidentlə xanımı Zəngilanda “Ağalı” hotelinin açılışında - YENİLƏNƏCƏK

İlham Əliyev Cəbrayıl rayonunda 4 kəndin TƏMƏLİNİ QOYDU

Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini QOYDU

Rusiya bu ölkəyə şəkər satışını ARTIRACAQ

Gümüş sürətlə bahalaşır - SON QİYMƏT

DİM sədri imtahanlarla bağlı yeniliyi AÇIQLADI: "Bu sistemi regionlarda da..."

Bütün xəbərlər