BAKU Azərbaycan
°C

İyunun 24-dən şagird sayı 500-dək və direktor vəzifəsi vakant olan ümumi təhsil müəssisələrinə işə qəbul prosesi ilə bağlı sənəd qəbuluna başlanılır.

Təhsil Nazirliyindən verilən məlumata görə, müraciət etmək istəyən şəxslər zəruri sənədləri (kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsiyyəti təsdiq edən sənədin, təhsil haqqında sənədin və ona əlavənin, əmək kitabçasının surəti) çalışdıqları ümumi təhsil müəssisəsinin tabe olduğu Regional təhsil idarəsinə təqdim edə bilərlər.

Şagird sayı 150-dək olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul yalnız müsahibə yolu ilə, şagird 151-500 aralığında olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul müsabiqə (test və müsahibə) yolu ilə Regional təhsil idarələri tərəfindən həyata keçiriləcək.

Ötən il üzrə direktorların işə qəbulu üzrə test imtahanlarında müvafiq keçid balı toplamış, lakin müsahibəyə dəvət olunmamış namizədlər müvafiq prosesdə yalnız müsahibə mərhələsində iştirak edəcəklər.

Son xəbərlər

Tayvanda yenidən zəlzələ oldu

Qazaxdainkubator sexi yanır

Rüşvətlə sürücülük vəsiqəsi verən yol polisinə cinayət işi açıldı

Qurbanov "Qarabağ"ın finala yüksəlməsindən danışdı

ABŞ-dan Bakı-İrəvan razılaşmasına REAKSİYA

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Həmişə həqiqəti söyləyən bürclər

Rus ordusunda fərarilik rekord həddə qalxdı

"Qarabağ" finalda!

Ermənistan səfirliyinin əsassız ittihamlarına CAVAB

Reuters: ABŞ Ukraynaya ATACMS raketlərini gizlin çatdırıb

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi

Rusiya və Ukrayna arasında razılaşma əldə edildi

Kirkorov buna görə ad günü etməyəcək

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın

İraq Prezidenti COP29-a dəvət olundu

Yenikənddə qadağan edilmiş ov alətləri aşkarlandı

Rəşad Sadıqov: “Bir hədəf var”

Şad xəbər: büdcə gəlirləri artdı, 822 milyon…

Bütün xəbərlər