BAKU Azərbaycan
°C

Xəbər verdiyimiz kimi, tanınmış həkim Xalidə Kəngərlinin intiharı ilə bağlı bir sıra müəmmalı məqamlar var.

Belə ki, bəzi media qurumlarında və sosial şəbəkələrdə həkimin həyat yoldaşı ilə problemləri olduğu, hətta ərinin psixoloji xəstə olduğu iddia edilir.

Gundem.az xəbər verir ki, “Qafqazinfo” məsələni dəqiqləşdirmək üçün mərhumun qardaşı ilə əlaqə saxlayıb. Qardaşı Elçin Vəliyev açıqlamasında bildirib ki, bacısının ərinin psixoloji problemləri olması ilə bağlı fikirlər həqiqəti əks etdirmir: “Bu, tamamilə şayiədir. Psixoloji problemi olan biri necə Dövlət Gömrük Komitəsində vəzifə tuta bilər? Bu, ən pis halda intihar həddinə çatdırmadır. Ən yaxşı halda isə öldürülüb sonradan atılmadır. Hər şey istintaqdan və ekspertizadan sonra üzə çıxacaq. Biz bilirik ki, Xalidənin üzərində xəsarətlər olub. Sadəcə rəsmi nəticəni gözləmək lazımdır”.

E.Vəliyevin sözlərinə görə, Xalidə Kəngərli boşanma ərəfəsində imiş: “Ailənin münaqişəsi var idi, boşanma ərəfəsində idilər. Xalidəyə qarşı şəxsi və ailəvi təzyiqlər olurdu. Ailədə münaqişənin və təzyiqlərin olduğunu təsdiq edən foto və videofaktlar istintaqa təqdim olunacaq. Həyat yoldaşı Xalidəyə qarşı fiziki zorakılıq tətbiq edib. Rəsmi ekspertizanın rəyi gələndən sonra ətraflı açıqlama verəcəyik”.

Qardaşı bildirir ki, bir ay əvvəl Xalidə Kəngərli və uşaqları evdən ayrılıbmış. Buna səbəb evdəki söz-söhbətlərin dözülməz həddə çatması olub. Lakin sonradan ər-arvad barışıb və Xalidə Kəngərli evə qayıdıb.

Qeyd edək ki, X.Kəngərlinin həyat yoldaşı Dövlət Gömrük Komitəsinin əməkdaşıdır.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, onun adı Rüfət Kəngərlidir. 15 ilə yaxındır Bakı Baş Gömrük İdarəsində çalışan R.Kəngərlinin rütbəsi gömrük mayoru, vəzifəsinin isə gömrük inspektoru olduğu bildirilir.

Son xəbərlər

Bir-birinizə uyğun olub-olmadığınızı yoxlamağın 3 ƏSAS YOLU

İlham Əliyevin məktubu İsveç Baş Nazirinin Ofisinə təqdim edildi

Təzyiq dərmanını səhər, yoxsa axşam içməli?

"Barselona"nın düşərgəsində gərginlik: Xavi məşqi ləğv etdi

Putinin hədiyyə etdiyi avtomobillə gündəm oldu - VİDEO

Bakıda ev qiymətinə sini satılır - FOTO

Dünya bazarında neft nə üçün ucuzlaşır?

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir - VİDEO

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq?

Meksikada da zəlzələ oldu

İmişlidə DƏHŞƏT: Ailəsi 18 yaşlı qızın tövlədə asılmış meyitini tapdı

Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO

Türkiyədəki dağıdıcı zəlzələnin görüntüsü yayıldı: yaralılar var - VİDEO

Rusiyada daşqınlar: suyun səviyyəsi 10 metrə çatdı

“iPhone 16 Pro”nun yaddaşı 2 dəfə artırılacaq

Qəzzada ölən uşaqların sayı açıqlandı

Boksçumuz Avropa çempionatına qələbə ilə başladı

Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu

Abşeronda oğlan özünü yandırdı

May ayında pul içində üzəcək 3 bürc

Bütün xəbərlər