BAKU Azərbaycan
°C

Azərbaycan muğamlarının mahir ifaçısı, Xalq artisti Könül Xasıyeva sevgi hekayəsindən danışıb.

Gundem.az xəbər verir ki, lent.az-a müsahibə verən ifaçı xanım ömür yolundan bəhs edib.

- Könül xanım, başınıza gələn sıxıntılara rəğmən pozitivliyinizi qoruya bilmisiniz. Toylarda, məclislərdə məzəli hadisələr gəlmiş olar başınıza.

- Hə, olur. Bir dəfə toya getmişəm. Bir cavan oğlandı, gəlib mənimlə şəkil çəkdirirdi. Gah oturduğumuz yerdə, gah ayaq üstə. Hər dəfə də icazə alırdı, Könül xanım, belə çəkdirsək, olar, elə çəkdirsək, olar? Axırda dedim, a bala, bircə yatan yerdə olmasın, daha çək qurtar (gülür).

Bu yaxınlarda hörmətli aşıq Ədalət Dəlidağlının ocağında toplanmışdıq. Çəkiliş gedirdi. Çəkilişdən sonra Ədalətin ailəsi, nəvələri toplandılar. Müğənni Cabir Abdullayev, tarzən Elman da, oturub çay içirik. Elman tələbə yoldaşım olub. Zarafatla dedim, ay Cabir, ay Elman, ay Ədalət, heç biriniz vaxtında məni alıb, evə arvad eləmədiniz, mən də vaxtında oğul-uşaq sahibi olardım. Cabir də zarafatla dedi, sənə qıymamışıq. (Könül xanım bu yerdə qəhqəhə çəkir) 

- Bəs niyə vaxtında ailə qurmadınız?

- Evdə altı uşaq idik. Dolanışıq çətin idi. Atam kassir işləyirdi. Amma haram pula əl uzatmırdı. Dolanmaq lazım idi. 11 yaşımdan mən toylara, məclislərə getməyə başladım. Ailənin yükünü daşımalı oldum. Çiynimə çox gənc yaşda ailə qayğıları düşdü. İllər quş qanadlı oldu. Özümdən başqa, hamı üçün çabaladım. Vaxtından əvvəl yorğun düşdüm. Bir də gördüm, çatmışam 39 yaşıma.

- Sevib ailə qurdunuz?

- Hə. Özüm gördüm, tanıdım.

- İncəsənət adamı idi?

- Yox, o, hüquq-mühafizə sistemində işləyirdi.

- Bəs niyə ayrıldınız?

- (Bu yerdə yenə zarafat edir) Çünki evlənmişdik deyə. Evlənməsən, ayrıla bilməzsən axı. Bu barədə çox danışmaq istəmərəm. Anam rəhmətlik deyərdi ki, insan ömrü boyu çabalayır, nail olduğu yalnız qismətidir. Mən taleyimdən narazı deyiləm, ən çətin günlərimdə Allaha şükür etmişəm. Əsas ayaqda olmaqdır. Ağlım kəsəndən çalışıram, çabalayıram. 

- Həyat yoldaşınızla görüşürsünüz? Dəstək olur sizə?

- Yox, nə o oldu, nə də mən istədim. Nə maddi, nə mənəvi. Hərdənbir Kazımla telefonla danışır. Görüşmürlər.

- Ondan sonra ailə qurmaq niyyətiniz olub və ya istərdiniz?

- Qismət. Ailə qurmaq olar. Sevənlər də var. Xaricdə yaşayan bir soydaşımızdan evlilik təklifi də almışam. Bir qızım olsun istəyərdim. Amma bunların hamısı Kazımı yerbəyer edəndən sonra. Mənim bütün həyatım Kazıma həsr olunub.

- Saçınızı rahat olsun deyə belə qısa kəsdirirsiniz?

- Saçım da, dişlərim də əsəblərimə görə töküldü. Şəkidə xəstəxanada yatanda yarım saat ərzində mənim dörd dişim birdən çıxıb sinəmə düşüb. Getsin o günlər, gəlməsin. İnşallah, nə zamansa yenidən əməliyyata girəcəyəm. Üç əməliyyat gözləyir məni. Sadəcə, gözləyirəm ki, Kazım bir az böyüsün, şəxsiyyət vəsiqəsini alsın, sonra. Ölüm haqdır e, hamıya var. Amma bir də var, özün könüllü gedib girəsən bıçaq altına.

- Könül xanım, sizcə, hansı mahnınızla yaddaşlara köçmüsünüz? 

- “Gecələr” mahnısı. Bu mahnıda mən özümü, öz taleyimi oxumuşam. “Mən həsəd aparıram yatanlara gecələr”. 22 ildir mən yatağa uzanmadan, oturduğum şəkildə yuxulayıram. Ürək döyüntülərim başlayır deyə.

Son xəbərlər

Balaxanıda avtomobillə vurulan şəxsin çənəsi sınıb

ABŞ Konqresi inflyasiyanın azaldılması üçün 430 milyard dollarlıq paketi təsdiqləyib

İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Moskvaya səfər edəcək

Gəncədə tibb bacısı xəstə yaxınları tərəfindən liftdə döyülüb

Brilliant Dadaşova Prezidentin mahnısını dinləməsindən danışdı

İlin ən yaxşı futbolçusu adına namizədlər açıqlandı

“Xocalı cəlladı” kimi tanınan erməni general öldü

Bakıda gənc rusca danışdığı üçün döyülüb? - DİN-dən açıqlama

Məşhur iş adamının 1 ay öncə aldığı 20 milyonluq yaxta yanıb kül oldu - FOTO/VİDEO

Ronaldu "Qızıl top"a namizəd oldu, Messi isə...

"Onun dərdindən 18 yaşımda ərə getdim"

Turist Elbrusda uşaq dünyaya gətirdi

AB Ukraynaya 4 kater verdi

İranda zəlzələ OLUB

Kürdəmirdə ağır qəza - Yaralılar var

Türkiyədə müəmma: Yerin altından gələn qorxulu səs...

Ermənistanda qaçhaqaç: ermənilər ölkələrini belə tərk edir - VİDEO

Naməlum şəxs 11 nəfəri öldürdü

"Eurovision 2023" bu şəhərlərdən birində keçiriləcək

Hirkan Park Otel xanım müştəriləri qovub - "Doktor" gəlir, buranı tərk edin'

Bütün xəbərlər