BAKU Azərbaycan
°C

"Rusiyanın son qərarı ilə birlikdə 2022-ci ilin oktyabr ayı Ukraynanın və bu ölkənin Rusiya tərəfindən işğal edilmiş ərazilərinin taleyi baxımından çox kritik olacaq. Ümumiyyətlə dünya 2022-ci ildə son 60 ilin ən kritik oktyabr ayını yaşaya bilər"

Gundem.az xəbər verir ki, bunu politoloq Araz Aslanlı bildirib. Ekspert 60 il öncəyə belə nəzər salıb:

"60 il öncə ABŞ-ın SSRİ-ni nüvə silahları ilə çevrələmə strategiyasına SSRİ də qarşılıq verməyə çalışmışdı. SSRİ bu məqsədlə Kubaya nüvə başlıqlı raketlər və onları atmaq üçün sistem yerləşdirmək planını reallaşdırmaq üzrə olarkən ABŞ-ın kəşfiyyat təyarələri oktyabrın 14-də Kuba ərazisində şübhəli obyektləri müəyyən etdi. 22 oktyabrdan etibarən ABŞ Kubanı tam (o cümlədən okeandan) mühasirəyə aldı və SSRİ gəmilərinin Kubaya keçişinə imkan vermədi. İki tərəfin də bir-birini nüvə silahı ilə hədələdiyi gərginlik qarşılıqlı güzəştlərlə başa çatdı.

ABŞ SSRİ-yə yaxın ərazilərdəki NATO müttəfiqlərinin (Türkiyə daxil olmaqla) ərazisinə onların xəbəri olmadan yerləşdirdiyi nüvə başlıqlı raketləri geri apardı. SSRİ də Kubaya nüvə başlıqlı raket yerləşdirmə planını dayandırdı. 1962-ci ildəki "oktyabr gərginliyi" kiçik dövlətlərin maraqları nəzərə alınmadan böyük dövlətlərin qarşılıqlı razılığı ilə başa çatmışdı. Amma bundan kiçik dövlətlər xüsusi bir zərər də görməmişdilər.
Ümid edək ki, 60 il sonra növbəti "oktyabr gərginliyindən" ümumilikdə dünya, xüsusi halda isə Ukrayna zərərlə çıxmasın".
İnci 

Son xəbərlər

“WhatsApp”da artıq böyük fayllar göndərilə bilər - YENİLİK

76 pişiyi öldürdüyünə görə 14 ay həbs edildi

Rusiya müdafiə nazirinin müavini SAXLANILDI

Əmək qabiliyyətli şəxslərə sığorta ödənişi qaydası dəyişir

2024-cü ilin Dövlət Mükafatlarına təqdim edilən işlərin siyahısı açıqlanıb

Bakıda 3 maşın yandı

Həmişə sevgi üçbucaqları yaradan BÜRCLƏR

Xankəndidə doğulan körpəyə Prezidentin adı verildi

Rusiya XİN Bakı və İrəvan arasında bu məsələni zəruri hesab etdi

"Qalatasaray" Azərbaycana gəlir… "Qarabağ"la birgə MÜHÜM LAYİHƏ!

Günü-gündən cavanlaşan milyonçu sirlərindən birini paylaşdı 

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Magistraturaya ikinci qəbul imtahanı keçiriləcək

Ərdoğan CHP sədri ilə görüşdü

Bakı-Quba yolunda ağır qəza: Yük avtomobili aşdı - VİDEO

Azərbaycanın U-17 millisi Belarusa uduzub

Azərbaycana ən çox turist bu ölkələrdən gəlir

Bu ərazilərdə qaz olmayacaq

Putin: BAM-ın gücü 12 ildə 3 dəfə artıb

“Instagram”da problem yarandı

Bütün xəbərlər