BAKU Azərbaycan
°C

"Zəngilandan qabaq Füzuli hava limanına uçan ilk mülki təyyarənin kapitanı da mən olmuşdum".

Bunu "Report"un Zəngilana ezam olunmuş əməkdaşına açıqlamasında "Khankendi" təyyarəsinin kapitanı Rasim Qəhrəmanov deyib.

Hava gəmisinin pilotu yeni açılmış aeroporta ilk uçuşla bağlı hisslərini bölüşüb: "Çox məsuliyyətli və həyəcanlı vəzifədir. Fəxr edirəm ki, bu iş məhz mənə həvalə olunub".

Rasim Qəhrəmanov təyyarənin adının simvolik olduğunu da vurğulayıb: "AZAL tərəfindən xüsusi olaraq bu reys üçün adı "Khankendi" olan təyyarə ayrıldı. Düşünürəm ki, bu, özü çox maraqlı jestdir".

İşğaldan azad olunan torpaqlarda, əhalinin ilk məskunlaşdığı ərazidə, Ağalıda birinci böyük idman turniri haqqında da fikirlərini bölüşən pilot yarışları həyəcanla izlədiyini qeyd edib: "Mübarizəni maraqla izlədim. Xüsusilə cənab nazir Fərid Qayıbovun yarışdakı çıxışı xoşuma gəldi. Belə tədbirlərin tez-tez keçirilməsi maraqlı olacaq".

Qeyd edək ki, bu gün Zəngilan Hava Limanına ilk mülki təyyarə reysi həyata keçirilib.

Rayonun Ağalı kəndində keçirilən “Zəfər yürüşü” triatlon turnirində iştirak etmək üçün idmançıları, Azərbaycan Gənclər və İdman Nazirliyinin və Triatlon Federasiyasının əməkdaşlarını, həmçinin media nümayəndələrini daşıyan "Khankendi" təyyarəsi yenicə istifadəyə verilmiş Hava Limanına eniş edib.

Son xəbərlər

Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev İNŞA EDİLƏCƏK

Cəbrayılın Maşanlı kəndində 2 360 sakin üçün 590 fərdi ev inşa ediləcək

Məşhur içki şirkətinin İsmayıllıda zavodu tikiləcək - FOTO

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - DOSYE

Prezident Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB

Azərbaycanlı biznesmen QƏFİL ÖLDÜ - FOTO

Prezident “Zəngilan” və “Şayıflı” SES-in açılışını etdi - YENİLƏNDİ

Prezident Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNDİ + FOTO

Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini QOYDU - FOTO

İlham Əliyev Böyük Mərcanlı kəndinin təməlini QOYDU - FOTO

Prezident Cəbrayılın Karxulu kəndinin təməlini QOYDU - FOTO

Hakan Fidan Pakistana GEDƏCƏK

Prezident Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini QOYDU

Prezidentlə xanımı Zəngilanda “Ağalı” hotelinin açılışında - YENİLƏNƏCƏK

İlham Əliyev Cəbrayıl rayonunda 4 kəndin TƏMƏLİNİ QOYDU

Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini QOYDU

Rusiya bu ölkəyə şəkər satışını ARTIRACAQ

Gümüş sürətlə bahalaşır - SON QİYMƏT

DİM sədri imtahanlarla bağlı yeniliyi AÇIQLADI: "Bu sistemi regionlarda da..."

Bütün xəbərlər