BAKU Azərbaycan
°C

Xalq artisti Afaq Bəşirqızı azərbaycanlı iş adamı Mübariz Mənsimova müraciət ünvanlayıb.

Gundem.az xəbər verir ki, aktrisa, Mənsimovun sahibi olduğu mərhum sənətkar Bəşir Səfəroğlunun adına bağışlanan gəminin şəhidlərə ithaf olunmasını istəyir:

“Gözəl insan, qeyrətli oğul, əsl azərbaycanlı Mübariz bəy, bu günlərdə Zümrüd xanımın - sizin ananızın müraciətini dinlədim. O qadına qarşı hörmətim birə-beş artdı. Zatən çox istəyirdim, çünki o, həyata və bizə sizin kimi oğul bəxş edib. Özünü cəmi iki dəfə görməyimə baxmayaraq, ona və sizə qarşı həddindən artıq hörmətim, sevgim, sədaqətim var. Sizin hədiyyə etdiyiniz gəmini şəhidlərə bağışlayıb. Çox mütəəssir oldum, alqışladım, sevinc göz yaşlarına boğuldum. Fikirləşdim ki, siz məhz belə ananın oğlu ola bilərsiniz.

Sizdən xahişim budur ki, atam Bəşir Səfəroğlunun adına verdiyiniz gəmini şəhidlərin adına bağışlayasız. Çünki Bəşir Səfəroğlu sənətkardır, əsl sənətkar əsrlərlə yaşayır. Amma əsl sənətkar eyni zamanda vətənini, torpağını sevən insandır. O da sağ olsa, mütləq belə bir addım atardı. Ona görə də çox xahiş edirəm, atam Bəşir Səfəroğlunun gəmisinin şəhidlərimizin adına bağışlanmasına icazə verəsiniz. Gəminin Birinci Qarabağ müharibəsində canından keçən oğullarımızın, indi-indi sümükləri torpağın altından çıxan naməlum şəhidlərimizin, İkinci Qarabağ müharibəsində şəhadətə ucalan igidlərimizin ümumi adına bağışlanmasını arzulayıram. Bilirəm, siz neçə vaxtdır şəhidlərimizlə, ailələrinin problemləri ilə maraqlanırsız, yaxınlarını qəbul etmisiz, onlarla danışmısız. İstərdim ki, bu elə bil ad olsun ki, mənim ürəyimdən tikanı millimetr qədər də olsa, çıxara bilsin. Bu da böyük şeydir. Çox sağ olun, minnətdaram, sizi çox istəyirəm, sizə böyük hörmətim var. Allah sizi qorusun, amin!”.

Qeyd edək ki, Mənsimovun anası Zümrüd xanım öz adına olan gəminin adının dəyişdirilməsini, “Qarabağ şəhidləri” qoyulmasını istəyib.

Pravda.az

Son xəbərlər

"Həyat yoldaşım bilmir ki, toydan nə qədər qazanıram"

“Reuters”in əməkdaşı Moskvada həbs olundu

Bakıda mənzildə meyit aşkarlandı

Azərbaycan Türkiyədən dekorativ bitkilərin idxalını artırıb

Derbinin qalibi "Fənərbağça" oldu

Ən nəzakətsiz bürclər – Astroloqlar açıqladı

Ermənistan Müdafiə Nazirliyi çağırış etdi

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Həkimlərin maaşı ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

Zelenski buna görə administrasiya rəhbərini işdən çıxardı

Rasim Balayevdən Taleh Yüzbəyova sərt sözlər

İndoneziyada 6,3 bal gücündə zəlzələ oldu

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

Bakıda avtomobil yanır: yolda tıxac yarandı - VIDEO

İnsan beyni haqqında 9 MARAQLI FAKT

Mingəçevirdə kütləvi dava olub, xəsarət alanlar var

Xankəndidə çalışan peşə sahibləri - VİDEO

"Sabah" qalib gələrək üçüncü pilləyə yüksəldi

ABŞ-da Azərbaycan və Türkiyə səfirləri görüşdü

Rəqqasə Fatiməni məhkəməyə verdilər

Bütün xəbərlər