BAKU Azərbaycan
°C

Rusiya vətəndaşı olan azərbaycanlı iş adamı Fərhad Əhmədovun adı daha bir qalmaqalda çəkilir. 66 yaşlı milyarder bu dəfə saxtakarlıq və fırıldaqçılıq əməlləri ilə gündəmə gəlib. Əldə olunan məlumatlara görə o, artıq 3 ildir ki, Göyçayda yerləşən malikanəsində çalışan şəxslərin əməkhaqlarını ödəməkdən imtina edir. 

 

Fərhad Əhmədovun qurbanı olan Nəriman Qarayev bildirir ki, o və iş yoldaşları 2017-ci ilin noyabr ayından 2019-cu ilin aprel ayına qədər Göyçay rayonu, Potu kəndində yerləşən, Fərhad Əhmədova məxsus malikanədə işləyiblər. Bu günə qədər zəhmət haqlarının bir qismini ala bilmədiklərini bildirən Nəriman Qarayev, Fərhad Əhmədovun onlara 300 min dollar borcu olduğunu qeyd edir. 

Fərhad Əhmədovun növbəti qurbanı isə Şərifov Şövqü adlı şəxs olub. O da Fərhad Əhmədova məxsus malikanədə 3 il müddətində çalışıb, lakin bu müddət ərzində əməkhaqqı ala bilməyib. Araşdırmalar nəticəsində o da məlum olub ki, Fərhad Əhmədov işə cəlb etdiyi şəxslərlə əməkhaqlarının artıqlaması ilə ödəniləcəyi barədə razılığa gəlib. Lakin iş prosesinin sonunda vədinə əməl etməyən milyarder öhdəliklərindən imtina edib. 

Narazılıqları susdurmağa çalışan Fərhad Əhmədov müxtəlif bəhanələrlə 4 dəfə qeyri-rəsmi yerli, 1 dəfə isə Rusiya Federasiyasından rəsmi audit yoxlama aparan mütəxəssislər dəvət edərək görülən işlərin keyfiyyətini yoxlatdırıb. Bütün yoxlamaların müsbət nəticə verməsinə baxmayaraq, Fərhad Əhmədov yenə də işçilərin əməkhaqlarını ödəməkdən imtina edib. 

Fərhad Əhmədovun qanunsuz əməlləri bununla da bitmir. Onun Göyçay rayonunda yerləşən və kənd təsərrüfatı təyinatlı ərazilərdə qanunsuz tikinti işləri apardığı məlum olub. Ənənəvi fırıldaqçı ssenarisinə sadiq qalan Fərhad Əhmədovun bu dəfə də saxta sənədlərdən istifadə etdiyi ortaya çıxıb. Bununla yanaşı o, İsmayıllı rayonunda “Dərya” istirahət mərkəzini satın almaq və yenidən inşa etmək adı ilə yerli sahibkarlarla müqavilə imzalayıb. 

Müqaviləyə əsasən, istirahət mərkəzi sökülməli və daha sonra Fərhad Əhmədov tərəfindən yenidən tikilməli, yerli sahibkarların müqavilədə nəzərdə tutulan vəsaiti ödənməli imiş. Lakin istirahət mərkəzinin sökülməsindən dərhal sonra Fərhad Əhmədov müqaviləyə əməl etməkdən imtina edib. Fərhad Əhmədovun bu cür əməlləri onun milyardlıq sərvətinin mənbələri və bu sərvətin necə qazanılması ilə bağlı da şübhələri artırır. 

Xatırladaq ki, bir neçə il əvvəl İngiltərə məhkəməsi milyarderin pul saxtakarlığı ilə məşğul olması və saxta incəsənət kolleksiyası ilə bağlı faktları da gün üzünə çıxarıb. Nəticədə, hətta ailəsini də fırıldaqçılığa alət edən Fərhad Əhmədov keçmiş həyat yoldaşına 670 milyon dollar təzminat ödəməli olub.

Son xəbərlər

"Qərblə Rusiya arasında yeni soyuq müharibə başlayıb" - Kalın

Bakı-Quba yolunda uzun tıxac - Hərəkət iflic oldu -YENİLƏNİB

Olivye Jiru Fransa millisinin tarixinə düşüb

Ukraynada əməliyyatların tempi azalacaq - ABŞ kəşfiyyatı

Rusiyaya məxsus helikopter vuruldu

“Altın Kelebek” mükafatının qalibləri müəyyən olub

Fransanı növbəti mərhələyə çıxaran qələbə - Video

Bakıda gənc oğlan bıçaqlanıb

Ronaldo və baş məşqçi arasında qalmaqal

Məmmədyarov bürünc medal qazandı

"Whatsapp" İOS-da yeni funksiyaya sahib olacaq

Çexiya Ukrayna üçün sovet tipli sursatlar istehsal edəcək

Rusiya qüvvələrinin itkiləri açıqlandı

"Vaşinqton Rusiyaya təzyiqi artırmaq yollarını axtarır" - Blinken

OPEC+ ölkələri neft hasilatı planını saxladı

Nigeriyada məscidə silahlı hücum - 10 nəfər qətlə yetirilib

"Finlandiya NATO-nun bir hissəsi kimi nüvə hədəfinə çevrilmək riski daşıyır" - Senator

Rusiya Aİ-nin neftin qiyməti ilə bağlı qərarına etiraz edib

Rusiyada bina çökdü - 6 ölü, çox sayda yaralı -YENİLƏNİB

İtaliya baş naziri Azərbaycan qazından DANIŞDI

Bütün xəbərlər