BAKU Azərbaycan
°C

Bakı şəhəri Sabunçu rayonunda bir və iki mərtəbəli evlərin söküntüsünə başlanıb.

Hazırda söküntü Sabunçu qəsəbəsi, Xəstəxanayanı küçəsi, ev 39, 41 və 43 ünvanlarında aparılır. Sakinlər bildiriblər ki, bəzi vətəndaşlar aylıq 300 manat kirayə haqqı alaraq evlərdən çıxıblar. Köçmək istəməyən vətəndaşlarla danışıqlar aparılır.

Gundem.az xəbər verir ki, Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən Trend-in sorğusuna cavab olaraq verilən məlumata görə, Bakı şəhərinin digər rayonlarında olduğu kimi, Sabunçu rayonunda da istismar müddəti başa çatmış qəzalı vəziyyətdə olan yaşayış binalarından sakinlərin köçürülməsi və binaların sökülərək yerində yeni çoxmənzilli binaların inşa edilməsi istiqamətində işlər aparılır:

Sabunçu qəsəbəsi, Xəstəxanayanı küçəsi, ev 39, 41 və 43 ünvanlarında yerləşən yaşayış binalarından sakinlərin köçürülməsi və sökülməsi işlərinə başlanılıb. Bina sakinlərinin qarşılıqlı razılıq əsasında həmin binaların yerində müasir standartlara uyğun olaraq yeni inşa ediləcək çoxmənzilli yaşayış binalarından tam təmirli mənzillərlə təmin edilməsi, mənzildən imtina edən sakinlərə isə müvafiq kompensasiyaların verilməsi nəzərdə tutulub.

Hər kvadrat metrə görə sakinlərə min manat ödənilməsi nəzərdə tutulub.

 

Son xəbərlər

BŞİH-dən 153 saylı məktəbdəki tüstülənmə ilə bağlı AÇIQLAMA

Tanınmış həkim VƏFAT ETDİ - FOTO

Prezidentin uğurumuzun səbəbləri ilə bağlı açıqlaması bəzilərinə ciddi siqnaldır

Bu səbəbdən insanların ölüm riski ARTIB

Blinken Çində səfərdədir

Qırğızıstan tərəfindən Ağdamda məktəb binası İNŞA EDİLƏCƏK

Hansı qida məhsullarını daha çox istehlak edirik? - STATİSTİKA

Prezidentlər mətbuata bəyanatlarla çıxış ETDİLƏR - VİDEO - YENİLƏNDİ

İlham Əliyev: "Biz ənənəvi tərəfdaşlarımızla, qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk"

Roza Zərgərli bu akademiyada dərs deməyə BAŞLADI - VİDEO

"WhatsApp"dan hamını sevindirəcək YENİLİK: Artıq internet olmadan... + FOTO

Macarıstan XİN rəhbəri Azərbaycana GƏLƏCƏK

Qısa müddətdə aliment təyin etdirmək olarmı? - Vəkildən AÇIQLAMA

Bakıda məktəbdə yanğın oldu, 3 nəfər tüstüdən ZƏHƏRLƏNDİ

45 yaşlı kişi 23 yaşlı qızı QAÇIRDI - RƏSMİ AÇIQLAMA

Azərbaycan əhalisi pulu ən çox nəyə xərcləyir? - RƏQƏMLƏR

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası BAŞLADI

Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü BAŞLADI - FOTO - YENİLƏNDİ

"İranın nüvə bombası hazırlaya bilməsinə həftələr qalıb" - MAQATE rəsmisi

Degenerativ xəstəliklər nədir və həyati təhlükəsi varmı?

Bütün xəbərlər