BAKU Azərbaycan
°C

Ölkəmizə 3 aylıq gələn Gürcüstan vətəndaşları avtomobillərini idarə edə bilmir. Polis onlara xəbərdarlıq edib ki, maşın sürməyə icazəniz yoxdur. Ya sürücülük vəsiqəsini Azərbaycana aid vəsiqə ilə əvəz etməlisiz, ya da avtomobil sürməyin. Bu qaydanı pozsanız cəzalanacaqsız.

Məsələ ilə bağlı “ATV Xəbər”in araşdırma edib.

Gürcüstan vətəndaşı: “Gürcüstan vətəndaşıyam qardaş, pravam da Gürcüstan pravasıdır. Keçən dəfə polis saxlayıb dedi ki, siz sənətsiz sayılırsınız. Bu sənəd keçmir. Bir ay keçərlidir. Dedim neynəməliyəm? Dedi qeydiyyata düşməlisən, bura pravası almalısan. 3 aydan bir keçib-qayıdırdıq. İndi yol bağlı olduğuna görə, keçə bilmirik. Daimi oturuşda deyilik. Maşınımı saxlamışam, sürə bilmirəm. Deyillər ki, saxlasaq aparacayıq cərimə meydançasına”.

Gürcüstan vətəndaşı: “Patrul xidməti saxlayıb deyir ki, siz Azərbaycanda bir ay sürə bilərsiniz. 3 aylıq gəlmişəm, mənim oturum izinim yoxdur. Mən müvəqqəti qeydiyyatla yaşayıram. Getmişəm ki, mənə verin, məni yol patrul xidməti incidir. Mən müvəqqəti bir illik verirlər sürücülük vəsiqəsini, deyirlər biz sizə verə bilmərik gedin oturum izni alın”.

Qanun bunu necə tənzimləyir? Baş dövlət yol polis idarəsinin inspektoru Elvin Hacıyev bildirdi ki, xarici vətəndaş ölkəmizdə müvəqqəti və ya daimi qeydiyyata düşdükdən bir ay sonra mütləq şəkildə sürücülük vəsiqəsini Azərbaycan sürücülük vəsiqəsi ilə əvəz etməlidir.

Elvin Hacıyev – BDYPİ-nin inspektoru: “Əcnəbi və vətəndaşlığı olmayan şəxs Azərbaycan Respubilkasında müvəqqəti və daimi yaşamaq üçün icazə aldıqda, ölkə ərazisində nəqliyyat vastələrini idarə etmək üçün sütrücülük vəsiqəsini həmin icazəni aldığı gündən bir ay müddətində qanunla müəyyən edilmiş qaydada dəyişdirməlidir. Ola bilsin ki, həmin şəxs 3 aylıq müddətinə ölkədə qalmaq üçün icazə alıb. Bir ay bitdikdən sonra sürücülük vəsiqəsi dəyişdirilməlidir”.

Əgər ölkəmizə gələn əcnəbilər müvəqqəti və ya daimi qeydiyyata düşməyiblərsə, o zaman sürücülük vəsiqəsini dəyişməyə ehtiyac yoxdur. Qanun tam aydındır. Azərbaycanda yaşayan əcnəbi, gəldiyi ölkədən asılı olmayaraq Azərbaycan qanunları ilə yaşamalıdır. Sözügedən qayda pozuntusuna görə isə sürücü 100 manat məbləğində cərimələnir.

 

 

BAKU.WS

Son xəbərlər

Məşhur dizayner timsah çantaları qaçaqmalçılığına görə həbs edildi

Qəzzada öldürülən jurnalistlərin sayı 141-ə ÇATIB

Müğənni qocalar evində konsert zamanı dünyasını dəyişdi

Xavi “Barselona”da qalacaq

DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI

Ağdamda iki hotel tikilir

Bu xroniki xəstəliklər xərçəngə çevrilə bilər

Ayın sonuna qədər karyerasında yüksəliş olacaq BÜRCLƏR

Əməkdar artist Firuzə İbadova haqqında yayılan xəbəri təkzib etdi

Almaniya klubunun stadionunda bomba tapıldı

Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzarsəfərində iştirak etdi

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO

Azərbaycan çempionu bəlli oldu

Dünyanın sonu - Ən inandırıcı 3 qiyamət nəzəriyyəsi

Gürcüstan müxalifəti 3 gün sonra yeni mitinq keçirəcək

Tanzaniyada 200 min insan daşqınlardan zərər çəkdi

Danimarka Ukraynaya hərbi yardımını artıracaq

Avtomobillər ucuzlaşdı - Səbəb

Ağdam Cümə məscidində ilk Azan oxundu - VİDEO

Cəlilabadda qəza - iki nəfər yaralandı

Bütün xəbərlər