Cəmiyyət
04.12.2022 / 13:49
374
Bir həftəyə yaxındır Qəbələ sakinindən xəbər yoxdur - FOTO
Ötən həftə Qəbələ sakini 49 yaşlı Səyavuş Həmidov evdən gəzmək adı ilə çıxıb və bir daha geri dönməyib. Onun tapılması istiqamətində əməliyyat axtarış tədbirləri davam edir.
Bizim.Media-nın yerli bürosu bildirir ki, Səyavuz Həmidovun axtarışlarına polis əməkdaşları ilə yanaşı Fövqəladə Hallar Nazirliyinin Şimal-Qərb regional mərkəzinin xilasetmə qüvvələri də cəlb edilib.
Eyni zamanda itkin dşən şəxsin ailə üzvləri və qohumları da axtarışlarda yaxından iştirak edir.
Ailə üzvləri Bizim.Media-ya bildirib ki, havaların yağmurlu və soyuq keçməsinə baxmayaraq Qəbələnin dağ ətəyi ərazilərində və Şonqar bulağı adlanan sahələrdə axtarışlar davam edir.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay