12.01.2023 / 11:43
2748
Azərbaycanda məşhur şirkətin rəhbəri İŞDƏN ÇIXDI
"Atəşgah” Sığorta Şirkətinin İdarə Heyətinin Sədri Azər Əliyev Allahverdi oğlu vəzifəsindən ayrılıb.
Azər Əliyev bu barədə "APA-Economics"ə məlumatı təsdiqləyib. O bildirib ki, öz ərizəsi ilə ötən il dekabrın 30-dan etibarən sığorta şirkətindən ayrılıb. Azər Əliyev artıq sığorta sahəsində deyil, başqa sahədə fəaliyyət göstərəcəyini əlavə edib.
Qeyd edək ki, Azər Əliyev 2008-2015-ci illərdə "Atəşgah” Sığorta Şirkətinin İdarə Heyətinin Sədrinin müşaviri və İdarə heyətinin sədri vəzifələrini icra edib.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay