BAKU Azərbaycan
°C

Son 5 gündə ölkə ərazisində yağan qar əksər bölgələrdə kifayət qədər yüksək qar örtüyünün əmələ gəlməsinə səbəb olub.

Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib ki, Böyük Qafqazın Balakən-Şəki bölgəsində düşən yağıntı ötən ildəkindən və ongünlük normadan 50 faiz çox olub, qar örtüyünün hündürlüyü 22 sm-dək təşkil edib. Oğuz-Qəbələ bölgəsində isə yağıntının ongünlük normadan 30 faiz çox olması nəticəsində qar örtüyünün hündürlüyü 19 sm-dək olub.

“Quba-Xaçmaz və Lənkəran-Astara bölgəsində isə qarın daha çox yağması nəticəsində qar örtüyünün orta hündürlüyü Quba-Xaçmaz bölgəsində 32, Lənkəran-Astara bölgəsində isə 35 sm-dək olub”.

A.Verdiyev onu da qeyd edib ki, müşahidə edilən hava şəraiti çayların sululuğuna da müsbət təsir görtərib. Düşən yağıntılarla bağlı bəzi çaylarda və Kürün aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub.

“Lənkəran-Astara bölgəsindən axan Viləşçay-Şıxlar, Lənkərançay-Sifidor, Kiçik Qafqazın ərazisindən axan Zəyəmçay-Ağbaşlar məntəqələrində suyun səviyyəsində 1, Kür-Surra məntəqəsində 13, Kür-Şirvanda 4, Kür-Salyanda 19, Kür-Bankədə 6 sm artım qeydə alınıb”.

Xidmət rəsmisinin sözlərinə görə, yaxın günlərdə temperatur rejiminin tədricən yüksəlməsi və dağlıq ərazilərə yağan qarın tədricən əriməsi nəticəsində çaylarda xüsusən də Lənkəran-Astara bölgəsindən axan çaylarda sululuğun artımı gözlənilir.

Son xəbərlər

Tibb işçilərinin maaşı ilə bağlı yeni qərar

Fransada uşaqlarla bağlı QADAĞA - 13 yaşdan aşağı...

Bakıda və Abşeron yarımadasında küləyin sürəti 22 m/s-dək GÜCLƏNDİ

Bu şəxslər pensiyaya 5 il tez çıxacaq

Hava bu tarixdən KƏSKİN DƏYİŞİR - XƏBƏRDARLIQ! 

Azərbaycanlı aparıcıya AĞIR İTKİ - FOTO

Bu xanımlar pilinq ETMƏSİN! - Həkim səbəbi açıqladı

Bu şəxslər pensiyaya daha tez ÇIXACAQ - PREZİDENT TƏSDİQLƏDİ

“Qazprom” zərər edib – Son 25 ildə ilk dəfə

Pakistanda AĞIR QƏZA: 20 nəfər öldü, yaralılar var

Sergey Şoyqunun qızı övladının ŞƏKLİNİ PAYLAŞDI

Uşaq Birliyinin rəhbərinin iddialarına RƏSMİ CAVAB

Prezident fərman İMZALADI

Ərzaq məhsulları yenidən bahalaşır – RƏQƏMLƏR

Ərdoğan: "Türkiyə İsraillə ticarət əlaqələrini kəsmək qərarına gəlib"

Putindən ölkəsi ilə bağlı TƏKLİF: “2030-cu ilə qədər...” 

Azərbaycan hərbçiləri beynəlxalq təlimdə İŞTİRAK EDƏCƏKLƏR

Kəlbəcərdə yük və minik avtomobilləri toqquşdu - XƏSARƏT ALANLAR VAR

Bu xanım Türkmənistana səfir təyin TƏYİN EDİLDİ - FOTO

Kamaləddin Qafarov: “Azərbaycan neokolonializmə qarşı mövqeyini bir daha nümayiş etdirdi”

Bütün xəbərlər