BAKU Azərbaycan
°C

Dövlət Məşğulluq Agentliyi "Bis Co” MMC ilə satınalma müqaviləsi imzalayıb.

Gundem.az Qaynarinfo-a istinadən  xəbər verir ki, maliyyə dəyəri 918 040 AZN olan müqavilədə BACAR platformasının peşə hazırlığı modulu üçün kontent materiallarının hazırlanması işlərinin satın alınması nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Bis Co” MMC 10 sentyabr 2009-cu il tarxidə qeydiyyatdan keçib. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Rəşid Behbudov küçəsi ev 1A, mənzil 13-də yerləşir. MMC-nin qanuni təmsilçisi isə Hüseynov Heydər Yusif oğludur.

Şirkətin əvvəlki qanuni təmsilçisi Hüseynli Fariz Heydər oğlu olub. Əldə etdiyimiz məlumata görə, Fariz Hüseynli Heydər Hüseynovun oğludur. 2019-cu ildə şirkətin reyestr məlumatlarında dəyişiklik edilib. Bununla MMC-nin qanuni təmsilçisi də dəyişib ki, bu da təsadüf deyil. Hələ 2019-cu ildə yerli mediada tirajlanan araşdırmada "Bis Co” MMC-nin əslində əmək və əhalinin sosila müdafiəsi nazirinin müavini Vüsal Nəsirlinin nəzarətində olduğu bildirilib. Həmin materialda Fariz Hüseynli nazir müavinin yaxın qohumu kimi təqdim edilib. "Bis Co” MMC ilə birgə iş gördüyünü deyən "Aqri Kon” MMC-nin qanuni təmsilçisi Elman Umudov da Fariz Hüseynlinin nazir müavini ilə qohum olduğunu təsdiqləyib.

Yeri gəlmişkən, 2019-cu ildə kənd təsərrüfatı malları ilə təminata görə "Aqri Kon” MMC və "Bis Co” MMC-yə 19 225 246 AZN vəsait ayrılıb.

"Aqri Kon” MMC-nin təşkilati hüquqi forması və qanuni təmsilçisi dəyişib. Şirkət Qapalı Səhmdar Cəmiyyətinə çevrilib. QSC-nin qanuni təmsilçisi isə Vəliyev Şirxan Nəsir oğludur.

Son xəbərlər

DİM sədri imtahanlarla bağlı yeniliyi AÇIQLADI: "Bu sistemi regionlarda da..."

Rəşad Dağlının qızının səhhətində problem yarandı, təcili əməliyyata götürüldü - FOTO

Leysan və qar yağıb - Ölkədə FAKTİKİ HAVA

Kamaləddin Qafarov: “Azərbaycan-Belarus münasibətləri yüksək dinamika ilə inkişaf edəcək”

Qətlə yetirilən tələbə Könülün ailəsində daha bir FACİƏ

“Yüksəliş” müsabiqəsinin qabiliyyət imtahanı mərhələsi KEÇİRİLİR

DİM-in yeni korpusunda ilk kütləvi imtahanlarKEÇİRİLİR

Abşeron və Qaradağda qanunsuz tikintilərin qarşısı ALINDI - FOTO/VİDEO

Bakıda nənəsini və həyat yoldaşını bıçaqlamaqda şübhəli bilinən şəxs SAXLANILDI

Buraxılış imtahanının nəticələri açıqlandı

Azərbaycanda peyklə yayımlanan radiokanalların sayı ARTDI

Məşhur müğənninin həbsinə səbəb olan GÖRÜNTÜLƏR - FOTO

"TikTok"dan istifadəçilərini narazı salacaq ADDIM - Artıq...

Putindən Xarkovla bağlı MÜHÜM AÇIQLAMA: "Bu gün..."

Lerikdə dağ uçdu, qaya parçaları yolu BAĞLADI

Aprelin 21-dəki buraxılış imtahanının nəticələri AÇIQLANDI

Əməkdar artist müğənnini LAĞA QOYDU: "Hissdir, kömürdür bilmirəm..." - VİDEO

Gəncədə avtomobil qaçıran şəxs SAXLANILDI

AFFA prezidenti UEFA-nın İcraiyyə Komitəsinin üzvü ilə GÖRÜŞDÜ

"Telefon, hesab və fərdi məlumatlarınız..." - Əhaliyə təhlükəsizliklə bağlı XƏBƏRDARLIQ!

Bütün xəbərlər