BAKU Azərbaycan
°C

Rusiya Səhiyyə Nazirliyinin Qamaleya Milli Tədqiqat Epidemiologiya və Mikrobiologiya Mərkəzinin şöbə müdiri Aleksandr Butenko "İzvestiya”ya müsahibəsində koronavirus pandemiyasının başa çatması üçün iki ssenari açıqlayıb.

Onun sözlərinə görə, pandemiyanın sonu əhalinin immun təbəqəsindən və virusun mutagenliyindən asılı olacaq. O qeyd edib ki, infeksiya yüksək mutasiya qabiliyyətinə malikdir, lakin belə proseslər heç də həmişə virusun patogenliyinin artmasına səbəb olmur. O izah edib ki, bəzən mutasiyalar virusu zəiflətməyə çalışır.


"Mutasiyalar nəticəsində virusun patogenlik xüsusiyyətlərindən məhrum olması elmə məlumdur. Ola bilər ki, COVID-19 da eyni ssenari ilə davam etsin”, - Butenko vurğulayıb.
 
Mütəxəssis əlavə edib ki, koronavirus pandemiyasının bitməsinin ikinci mümkün ssenarisi virusun yaşamaq üçün yerinin olmamasıdır. Nə qədər çox insan COVID-19-dan sağ çıxsa və ya peyvənd olunsa, infeksiyanın çoxalması və mutasiyaya uğraması üçün bir o qədər yer azalır.

Genom mühəndisliyi laboratoriyasının rəhbəri Pavel Volçkov isə deyib ki, pandemiya gələn il də davam edəcək, lakin çox güman ki, kulminasiya nöqtəsini keçib. Buna görə də, 2022-ci il ölümlərin və infeksiyaların sayı baxımından daha az dramatik olmalıdır.

İmmunoloq, tibb elmləri namizədi Nikolay Kryuçkov bildirib ki, koronavirusa yoluxmuş şəxslər sağaldıqdan sonra iki ay idmanla məşğul olmamalıdırlar. Mütəxəssisin sözlərinə görə, koronavirusdan sonra bəzi insanlarda miokardit yaranır, ona görə də hər hansı fiziki fəaliyyətdən çəkinməlidirlər. Publika.az

Son xəbərlər

Faciələrə səbəb olan helikopter qəzalarının əsas 5 SƏBƏBİ - ARAŞDIRMA

İran prezidentinin helikopterinin qalıqları TAPILDI - FOTOLAR 

İranda milli matəm ELAN EDİLDİ

Siyasi birliyin milli dövlətçiliyimizdə yeri və rolu

İranda idman tədbirləri LƏĞV EDİLDİ

İlham Əliyev Kamerunun dövlət başçısını TƏBRİK ETDİ

“Azərbaycan-Belarus münasibətləri uğurla davam edir” - Deputat 

Pakistanda İran Prezidentinin ölümü ilə əlaqədar birgünlük matəm ELAN EDİLDİ

Ceyhun Bayramov: "Hüseyn Əmir Abdullahianın həlak olması xəbəri məni dərindən sarsıtdı"

“Qəzanın səbəblərinin araşdırılmasına kömək etməyə hazırıq” - Zaxarova 

Aİ İrana başsağlığı verdi

Rəisinin və Abdullahiyanın qəzadan əvvəl çəkilmiş SON FOTOSU

Polis mayoru qəfil vəfat etdi - FOTO

Cinayət törədən 94 nəfər SAXLANILDI 

İran bu ölkələrə təşəkkür etdi

Azərbaycan XİN İrana BAŞSAĞLIĞI VERDİ

Lisey və gimnaziyalara ərizə qəbuluna başlanılır

Helikopterin qəzaya uğradığı yeri "Akınçı" tapdı 

Bakının iki qəsəbəsində qaz olmayacaq - XƏBƏRDARLIQ!

İlham Əliyev İranın Ali Rəhbərinə BAŞSAĞLIĞI VERDİ

Bütün xəbərlər