BAKU Azərbaycan
°C

Nizami Rayon Polis İdarəsi, 24-cü Polis Şöbəsi və 23-cü Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən silsilə əməliyyatlar nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan şəxslər saxlanılıblar.

DİN-dən verilən məlumata görə, tədbirlər zamanı Ramil Məmmədli, Eldəniz Əliyev və Ümid Qafarov tutularaq istintaqa təqdim ediliblər.

Ramil Məmmədlinin üzərindən, eləcə də idarə etdiyi avtomobildən 1 ədəd “Kalaşnikov” markalı avtomat, 1 ədəd daraq, 12 ədəd patron, psixotrop maddə olan metamfetamin, Ümid Qafarovdan həmçinin 1 ədəd “Kalaşnikov” avtomatı,1 ədəd daraq, 9 ədəd patron, Eldəniz Əliyevdən isə “Brauning” markalı tapança və 2 ədəd patron aşkar olunub. Saxlanılan şəxslər odlu silah-sursatları bir müddət əvvəl əldə etdiklərini, lakin polisə təhvil verməyərək satmaq məqsədi ilə özlərində saxladıqlarını bildiriblər.

Araşdırma zamanı saxlanılan şəxslərdən biri -  Ramil Məmmədlinin sosial şəbəkələrdə “Salamat Ramil” adı altında cinayətkarlığı təbliğ edən paylaşımlar etdiyi də məlum olub.

Aşkar edilən faktlarla bağlı Nizami Rayon İdarəsinin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.

 



Son xəbərlər

Nurlan Cəfəri həbs edildi

Hansı bürclər bir-birləri ilə ayrılmaz dost olurlar? - ULDUZ FALI

Putindən hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM

Meyxananın şiri Rəşad Dağlıdırsa, çaqqalı kimdir? - VİDEO

Molla təhqir etdi, qadınlar bıçaqladı

Sarımsaq və soğanın faydaları mif imiş

Toppuş bacının əri: "Bu sözlərimə Tünzalə uşaq kimi ağladı" - FOTO 

Tokio - Təl-Əviv təyyarəsi Bakıya təcili eniş etdi

Hadisə bu dəfə vannadakı kadrları ilə gündəmdə - FOTO

Küləkli hava şəraiti nə vaxtadək davam edəcək?

“Guya gəlib mənimlə görüşüb, mənə əl tutub. Başına dəysin!”

ABŞ Ukraynaya daha 400 milyon ayırdı

8 il sonra insanlar "ölümsüz" olacaqlar - Xərçəngə tutulmayacaqlar

Reperin azyaşlı oğlu beşinci mərtəbədən yıxılıb

Bayramov niyə Fələstinə də səfər etdi?

Türkiyə prezidentliyinə namizədlərin yekun siyahısı TƏSDİQLƏNDİ 

"Xəzər"in canlı efirinə pələng gətirildi

Ağ Evdən ÇAĞIRIŞ - Dərhal ölkəni tərk edin!

Ramazanın doqquzuncu günü: İmsak, iftar vaxtları, günün duası

Cərimələnməmək üçün bu xəbəri mütləq oxuyun - VİDEO

Bütün xəbərlər