BAKU Azərbaycan
°C

Çoxları  qiymətli vaxtımızın əsasən sosial şəbəkələr, internet və televiziya şouları tərəfindən oğurlandığını düşünür.

Hər kəs bundan şikayət edir, ancaq bu, tam olaraq belə deyil. Başqa sözlə, görmədiyimiz və barəsində danışmadığımız çox sayda başqa faktorlar da var.

Şəxsi nizamsızlıq

Təəccüblənəcəksiniz, amma vaxtı xərcləyən insanın özüdür. Səhər gördüyümüz ənənvi işlərə baxaq. Vaxtında oyandım və tez hazırlaşdım, amma yenə qaçmalı, gecikməli və əsəbiləşməlisən. Bəs zaman hara getdi?
Cavab budur-Bir gün əvvəl edilə biləcək həmin səhər şeylərə qiymətli dəqiqələr sərf etdiniz - çanta yığdınız, paltar ütülədiniz, ayaqqabı təmizlədiniz. Halbuki bunu həmin səhər yox, yatmazdan əvvəl axşam edə biləriniz və səhər işə gecikməmək üçün qaçmalı olmazsınız.

Qarışıqlıq

Evdə, iş yerində, kompüterdə qarışıqlıq çox məkrli xronofaqdır (vaxt idarəçiliyində vaxt “yeyənləri” belə adlandırırlar-red.). Ətrafda xaos olduqda, sizə lazım olan bir şey, məsələn, açarlar və ya vacib bir sənəd uzun müddət axtarıla bilər və bu axtarış həmişə uğurlu deyil. Bu zaman qiymətli vaxt boşa gedir.

Yol

Çox vaxt işə getmək və sonra evə qayıtmaq çox uzun vaxt tələb edilir. Bunu öz xeyrinizə çevirin: özünə kömək podkastına qulaq asın, kitab oxuyun və ya növbəti gün üçün plan qurun.

Planlaşdırmanın olmaması

Əgər görüləcək işlər siyahısını saxlamırsınızsa, lakin hər şeyin öz axarı ilə getməsinə öyrəşmisinizsə, vaxtınızın çoxunun boşa getdiyinə əmin olun.

Etibarlılıq

Təəssüf ki, "yox" deyə bilməmək çox vaxt insanın öz işlərini və ehtiyaclarını başqasının xatirinə təxirə salmasına səbəb olur. Nəticə vaxt itkisi, güc itkisində özünü büruzə verir. İmtina o qədər də çətin deyil, sadəcə buna cəhd edin.

Hamısı birdən

Başqa bir qeyri-aşkar vaxt itkisi eyni anda bir neçə şeyi etməkdir. Bu yolla daha çox şey edə biləcəyiniz və daha məhsuldar ola biləcəyiniz fikri əksər hallarda sadəcə bir illüziyadır. Əslində, diqqət mərkəzinin dağılması səbəbindən daha çox vaxt və enerji sərf olunacaq.

Ünsiyyətcil həmkarlar

Belə insanlar daim sizinlə söhbət etməyə, ən son xəbərləri sizə danışmağa çalışır və tez-tez sizi qəhvəyə dəvət edirlər. Nə qədər cazibədar olsa da, unutmayın ki, bu, sizing zamanınızı alır.

Alış-veriş

Ticarət mərkəzləri təkcə vaxtı deyil, həm də pulu “yeyir”. Hər ikisini saxlamaq üçün ora getməzdən əvvəl alış-veriş siyahısını və getməyi planlaşdırdığınız mağazaları hazırlayın.

Son xəbərlər

Kişi tanış olduğu 50 qadını məhkəməyə verir – SƏBƏB

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Qadın məktəb direktoru icra başçısının müavini təyin olundu

Zaminin məsuliyyətinə dair yeni hal müəyyənləşir

Dubay aeroportu təyyarələrin qəbulunu məhdudlaşdırdı

Vladimir Kazimirov vəfat etdi

Tokayev Qazaxıstanda elektron siqareti qadağan etdi

Dərbənddə naməlum şəxs kafedə insanlara atəş açdı

Şəmkirdə 27 yaşlı kişi BIÇAQLANDI

Bakı metrosunda yaşlı kişi stansiya yoluna düşdü

Döş xərçəngindən qorunmağın 5 YOLU

İlhamə Quliyeva ilə küsülü olmalarının səbəbini açıqladı

İstanbulda sürüşmə olub, 70 nəfər təxliyə edilib

İlin sonunadək bu 3 bürcün bəxti hər şeydə gəticək - Sevgi, pul, yeni iş…

İcma: “G7-nin ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir”

Limon və laym arasındakı fərq nədir?

İş yerinizi tez-tez dəyişirsinizsə, bunun 3 SƏBƏBİ var

Maksimum bal toplayan şagirdlərin adı AÇIQLANDI

Yevlaxda 62 yaşlı piyadanı maşın vurdu

Bu il Azərbaycanda 5 günəş elektrik stansiyası tikiləcək

Bütün xəbərlər