BAKU Azərbaycan
°C

Əməkdar artist Babək Niftəliyevin “Range Rover” markalı avtomobilindən həyat yoldaşına məxsus əl çantası oğurlayan şəxs həbs edilib.

Gundem.az “qaynarinfo”ya istinadən xəbər verir ki, müğənni həyat yoldaşı Sənubər Niftəliyeva ilə 23 may 2022-ci il tarixdə, saat 13:40-da Yasamal rayonu Ş.Qurbanov küçəsi 19 ünvanında yerləşən ticarət mərkəzinə alış-verişə gedib. O, avtomobilini mağazalardan birinin qarşısında saxlayıb.

O, avtomobildən enərkən mühərriki söndürdüyünü və qapıların avtomatik şəkildə bağlandığını düşünüb, bundan sonra mağazaya giriblər. Bu zaman muğam ifaçısının xanımı Sənubər Niftəliyeva özünə məxsus qara rəngli əl çantasını avtomobilin ön sərnişin oturacağının üzərində qoyub. 50 manat dəyərin olan çantada 920 manat pul olub.

Alış-verişdə pulu çatmayan müğənni təxminən yarım saat sonra avtomobilin yanına qayıdaraq, həyat yoldaşının çantasından pul götürmək istəyib. Lakin çantanın yerində olmadığını görüb. Bundan sonra DİN-in “102” xidmətinə məlumat verib.

Polisin apardığı araşdırma zamanı hadisəni 1991-ci ildə Bakı şəhərində anadan olmuş, əvvəllər məhkum edilmiş və 2022-ci ildə Milli Məclisin qəbul etdiyi Amnistiya aktına əsasən azadlığa buraxılan Səbuhi Səfərovun (soyad şərti) törətdiyi müəyyənləşib.

Məhkəmənin qərarı ilə Səbuhi Səfərov Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.

Babək Niftəliyev bildirib ki, hələlik dəymiş ziyan ödənilməyib. Hadisəni törədən şəxs isə cəzasını çəkəcək.

Son xəbərlər

Bir-birinizə uyğun olub-olmadığınızı yoxlamağın 3 ƏSAS YOLU

İlham Əliyevin məktubu İsveç Baş Nazirinin Ofisinə təqdim edildi

Təzyiq dərmanını səhər, yoxsa axşam içməli?

"Barselona"nın düşərgəsində gərginlik: Xavi məşqi ləğv etdi

Putinin hədiyyə etdiyi avtomobillə gündəm oldu - VİDEO

Bakıda ev qiymətinə sini satılır - FOTO

Dünya bazarında neft nə üçün ucuzlaşır?

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir - VİDEO

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq?

Meksikada da zəlzələ oldu

İmişlidə DƏHŞƏT: Ailəsi 18 yaşlı qızın tövlədə asılmış meyitini tapdı

Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO

Türkiyədəki dağıdıcı zəlzələnin görüntüsü yayıldı: yaralılar var - VİDEO

Rusiyada daşqınlar: suyun səviyyəsi 10 metrə çatdı

“iPhone 16 Pro”nun yaddaşı 2 dəfə artırılacaq

Qəzzada ölən uşaqların sayı açıqlandı

Boksçumuz Avropa çempionatına qələbə ilə başladı

Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu

Abşeronda oğlan özünü yandırdı

May ayında pul içində üzəcək 3 bürc

Bütün xəbərlər