BAKU Azərbaycan
°C

Bir çox insan qoroskop ilə hesablaşır və atdığı hər addımda ulduz falına nəzər yetirir.

Ulduz falı əsasən gənc insanların maraq dairəsinə aid olur. Amma ulduz falı ilə digər yaş qrupunda olan insanlar da az maraqlanmır. Hətta elə insanlar tapılır ki, bütün addımları qoroskopa uyğun atır. Bürclərin qeydlərinə uyğun sevgili və dost seçən insanlar da az deyil.

Qoroskop görə hansı bürclər dostluqda uyğun gəlir?

Qoç bürcü – Enerji dolu qoçlar coşğulu və həyəcan sevən dostlar axtarırlar. Onlar dostluğu yüksək qiymətləndirirlər və hər adamlar dostluq etməzlər.

Qoçlar üçün ən uyğun dostluq edəcəyi bürcülər – Oxatan və Şir bürcündən olan şəxslərlə dostluqları daha yaxşı alınır.

Buğa bürcü – İnadçı olduqları üçün çox çətinliklə dost tapa bilirlər. Dostluqda vəfalıdırlar. Lakin gərək buğalarla hər şeydə hesablaşasan.

Buğalar üçün ən uyğun dostluq edəcəyi bürcülər – Oğlaq və Qız bürcü altında doğulan şəxslərlə dostluqları möhkəm olur.

Əkizlər bürcü – Dost tapmaqda çətinlik çəkərlər. Bu iş onları çox yorar.

Əkizlər üçün ən uyğun dostluq edəcəyi bürcülər – Qoç və Əkizlər ilə dostluqları nisbətən uyğundur. Lakin onların da aralarında tez-tez problemlər yarana bilər.

Xərçəng bürcü – Həssas Xərçənglər çox vaxt daş kimi görünürlər. Özlərini büruzə verməyə çətinlik çəkərlər. Dostlarının dəstəyinə ehtiyac duyarlar.

Xərçənglər üçün ən uyğun dostluq edəcəyi bürcülər – Su bürcləri sayılan Xərçəng, Əqrəb və Balıqlarla dostluqları əla alınır. Çox nadir hallarda onların aralarında problem yarana bilər.

Şir bürcü – onlar hərarətli, həyəcan sevən və macara axtaran olurlar. Əylənməyi sevərlər. Bu səbəbdən də, ətraflarında çox sayda insan olar. Hər kəslə dostluq etməyi bacararlar.

Şirlər üçün ən uyğun dostluq edəcəyi bürcülər – demək olar ki, bütün bürclərlə yola getməyi bacarırlar. Oxatan, Qoç, Dolça və Şirlərlə dostluqları mükəmməl olur.

Qız bürcü – bu bürc altında doğulanlar səbrli və təmkinli olurlar, lakin bir az mühakimə etməyi sevərlər. Məhz bu xüsusiyyət onlarla dostluq etməyi çətinləşdirir.

Qızlar üçün ən uyğun dostluq edəcəyi bürcülər – Oğlaqlarla yola gedirlər. Lakin onların dostluqları elə də uğurlu alınmaz. Əqrəb və öz bürcləri ilə dostluqları möhkəm olur. Düzdür onların da arasında mübahisələr olacaq. Lakin bu problemlər dostluğa zərər verməz.

Təzəri bürcü – bu işarə altında doğulanlar sevilməyi sevərlər.

Təzərilər üçün ən uyğun dostluq edəcəyi bürcülər – Əkizlər və Dolçalarla əla dostluqları tutar. Qoçlarla da münasibətləri yaxşıdır. Lakin Qoçlar qərarsız olduqları üçün dostluqları uzun müddət davam etməz.

Əqrəb bürcü – Əqrəblər dostluq sahəsində mükəmməldirlər. Çox sadiqdirlər. Lakin çox acımasızdırlar. Xəyanəti qəti sevməzlər. Onlarla hesablaşmayan və xəyanət edən dostları düşünmədən, dərhal silərlər. Əqrəblərə toxunan olmasa, ziyansızdırlar.

Əqrəblər üçün ən uyğun dostluq edəcəyi bürcülər – Buğa, Qız və Oğlaqlarla mükəmməl dostluq edərlər. Əqrəbin öz bürcü ilə də münasibəti pis alınmır. Lakin ortaq məxrəcə gəlməsələr, ortada çox pis mənzərə yarana bilər. Balıq, Qız və Xərçənglərlə də dostluqları pis olmur.

Oxatan bürcü – son dəqiqə axtara biləcəkləri dosta ehtiyacları var.

Oxatanlar üçün ən uyğun dostluq edəcəyi bürcülər – Şir və Qoçlarla dostluqları uyğundur. Lakin onların da aralarında problemlər ola bilər.

Oğlaq bürcü – bu bürc altında doğulanlar doğru danışan və dürüst olurlar. Dostluqlara isə ayırmağa zamanları olmur. Çox nadir halda kiminləsə dostluq edərlər. Lakin dostluq etdikləri şəxsi heç vaxt tək buraxmazlar.

Oğlarlaq üçün ən uyğun dostluq edəcəyi bürcülər – öz bürcləri ilə yaxşı anlaşırlar. Qız bürcü altında doğulanlarla da münasibətləri pis olmur. Lakin dostluqdan əsla söhbət gedə bilməz.

Dolça bürcü – yardımsevən olurlar və bərabərliyə inanırlar.

Dolçalar üçün ən uyğun dostluq edəcəyi bürcülər – öz bürcləri ilə yaxşı dost ola bilərlər. Tərəzi və Əkizlərin xoş münasibətlərinə baxmayaraq, Dolçalar onlarla dostluq etməyi sevməzlər. Digər bürclərlə də onlarınki alınmaz.

Balıqlar bürcü - emosiyalarla doludur və onlarla yumşaq davranacaq, həssaslıqlarına diqqət yetirəcək dostlara ehtiyacı var.

Balıqlar üçün ən uyğun dostluq edəcəyi bürcülər – Xərçəng və Əqrəbləri sevərlər. Əqrəblərin dostluğa sadiqliyinə heyran olan Balıqlar onlarla münasibət qurmağa can atarlar. Balıq bürcü altında doğulanlar sakit olduqları üçün Əqrəblərdən onlara heç vaxt zərər gəlməz.

 

Son xəbərlər

Bir-birinizə uyğun olub-olmadığınızı yoxlamağın 3 ƏSAS YOLU

İlham Əliyevin məktubu İsveç Baş Nazirinin Ofisinə təqdim edildi

Təzyiq dərmanını səhər, yoxsa axşam içməli?

"Barselona"nın düşərgəsində gərginlik: Xavi məşqi ləğv etdi

Putinin hədiyyə etdiyi avtomobillə gündəm oldu - VİDEO

Bakıda ev qiymətinə sini satılır - FOTO

Dünya bazarında neft nə üçün ucuzlaşır?

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir - VİDEO

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq?

Meksikada da zəlzələ oldu

İmişlidə DƏHŞƏT: Ailəsi 18 yaşlı qızın tövlədə asılmış meyitini tapdı

Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO

Türkiyədəki dağıdıcı zəlzələnin görüntüsü yayıldı: yaralılar var - VİDEO

Rusiyada daşqınlar: suyun səviyyəsi 10 metrə çatdı

“iPhone 16 Pro”nun yaddaşı 2 dəfə artırılacaq

Qəzzada ölən uşaqların sayı açıqlandı

Boksçumuz Avropa çempionatına qələbə ilə başladı

Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu

Abşeronda oğlan özünü yandırdı

May ayında pul içində üzəcək 3 bürc

Bütün xəbərlər