BAKU Azərbaycan
°C

Bakıda ordudan tərxis olunmaq istəyən hərbçini aldadaraq 10 min manatını alıblar.

“Qafqazinfo”nun məlumatına görə, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində tibb xidmət rəisi kimi çalışan leytenant Əlyar Muradov (şərti soyad) dostu vasitəsilə tanış olduğu Toğrul Məmmədov tərəfindən aldadılıb. Ə.Muradov pulu verdikdən sonra ordudan tərxis edilmədiyi üçün T.Məmmədov barəsində hüquq-mühafizə orqanlarına şikayət edib. Şikayət əsasında cinayət işi başlanıb.

Toğrul Məmmədov məhkəmədə bildirib ki, 1992-2000-ci illərdə Tərtər və Füzulidə hərbçi kimi xidmət aparıb: “Qarabağ əliliyəm. 2022-ci ildə bir tanışım bir nəfər hərbi həkimin ailə vəziyyəti ilə əlaqədar xidmət edə bilmədiyi üçün ordudan tərxis olunmaq istədiyini dedi. Ona kömək edəcək adam axtardığını bildirdi. Ordudan tərxis olunmanın qaydalarını bildiyim üçün ona kömək edə biləcəyimi dedim.

Həmin adamla görüşüb danışdıq. Əlyar dedi ki, kömək etsəm, hörmətimi edəcək. Həmin vaxt maddi sıxıntılarım olduğu üçün Əlyardan pulu almaq qərarına gəldim. “Şərəf məhkəməsi” yolu ilə ordudan tərxis olunmasını təşkil edəcəyimi dedim. İki dəfəyə 10 000 manat pul aldım. Bir müddət sonra Əlyar tərxis olunmağını tövsiyə edən qərar verildiyini bildirdi. Bir ay sonra zəng edib qərardan imtina edildiyini dedi. Pulu qaytarmağımı istədi. Mən də pulu xərclədiyim üçün həmin vaxt yox, bir müddət sonra hissə-hissə qaytardım”.

Əlyar Muradov da məhkəmədə ziyanın tam ödənildiyini təsdiq edib. Təqsirləndirilən şəxsdən şikayəti olmadığını bildirib. Nərimanov Rayon Məhkəməsi bunu yüngülləşdirici hal kimi nəzərə alaraq həbslə bağlı olmayan hökm çıxarıb. T.Muradova 3 il 7 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası verilib.

Belə ki, o, bu müddətdə axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməməli, üzərində GPS tipli nəzarət vasitəsini gəzdirməlidir.

Son xəbərlər

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - DOSYE

Prezident Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB

Azərbaycanlı biznesmen QƏFİL ÖLDÜ - FOTO

Prezident “Zəngilan” və “Şayıflı” SES-in açılışını etdi - YENİLƏNDİ

Prezident Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNDİ + FOTO

Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini QOYDU - FOTO

İlham Əliyev Böyük Mərcanlı kəndinin təməlini QOYDU - FOTO

Prezident Cəbrayılın Karxulu kəndinin təməlini QOYDU - FOTO

Hakan Fidan Pakistana GEDƏCƏK

Prezident Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini QOYDU

Prezidentlə xanımı Zəngilanda “Ağalı” hotelinin açılışında - YENİLƏNƏCƏK

İlham Əliyev Cəbrayıl rayonunda 4 kəndin TƏMƏLİNİ QOYDU

Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini QOYDU

Rusiya bu ölkəyə şəkər satışını ARTIRACAQ

Gümüş sürətlə bahalaşır - SON QİYMƏT

DİM sədri imtahanlarla bağlı yeniliyi AÇIQLADI: "Bu sistemi regionlarda da..."

Rəşad Dağlının qızının səhhətində problem yarandı, təcili əməliyyata götürüldü - FOTO

Leysan və qar yağıb - Ölkədə FAKTİKİ HAVA

Kamaləddin Qafarov: “Azərbaycan-Belarus münasibətləri yüksək dinamika ilə inkişaf edəcək”

Qətlə yetirilən tələbə Könülün ailəsində daha bir FACİƏ

Bütün xəbərlər