BAKU Azərbaycan
°C

Azərbaycan Respublikası Hərbi Prokurorluğunun və Müdafiə Nazirliyinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı növbəti tədbir keçirilib.

Hərbi Prokurorluqdan Gundem.az-a bildirilib ki, tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz və unudulmaz xatirələri bir dəqiqəlik sükutla yad edilib, Allahdan onlara rəhmət, qazilərə şəfa arzulanıb.

Mərasimdə çıxış edən Hərbi prokurorun böyük köməkçisi, mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev və Hərbi Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin rəisi, ədliyyə polkovniki Emil Kərimov əvvəlcə Baş prokuror Kamran Əliyevin və Hərbi prokuror Xanlar Vəliyevin salamlarını şəxsi heyətə çatdırdılar. Bundan sonra həmin şəxslər, eləcə də general-mayor Münasib Babayev, Qubadlı hərbi prokuroru, ədliyyə polkovnik-leytenantı Elşən Mürsəlov, polkovnik-leytenant Rəşad Gülməmmədov, baş leytenant Ömər Muradlı və digər şəxslər müstəqillik yolumuzu və firavan gələcəyimizi nurlandıran, millətini zamanın sərt sınaqlarından yüksək məharətlə çıxararaq, hər bir çətin vəziyyətdən ən düzgün çıxış yolu tapan dahi tarixi şəxsiyyət Heydər Əliyevin şərəfli və mənalı ömründən, çoxşaxəli və zəngin fəaliyyətindən, ölkəmizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində müstəsna xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələrdən bəhs ediblər.

Çıxışçılar, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin Azərbaycanın işıqlı gələcəyinə hesablanmış mükəmməl siyasətini yeni müstəvidə dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ilə yaxın müddətdə ölkəmizdə görülmüş misilsiz işlərdən, həyata keçirilmiş hərtərəfli köklü islahatlardan, bütün sahələrdə əldə olunmuş misli görünməmiş uğurlardan, o cümlədən Silahlı Qüvvələrimizin formalaşmasından, bu uğurların əldə olunmasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dəstəyindən və xalqın əzmkarlığından danışıblar.

Çıxışlarda, həmçinin Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əldə olunan möhtəşəm qələbə xüsusi vurğulanmaqla, Vətən müharibəsindən, o dövrdə prokurorluğun, o cümlədən hərbi prokurorluğun Silahlı Qüvvələrlə qarşılıqlı səmərəli fəaliyyətindən bəhs edilib, qürur dolu 44 günün unudulmaz təəssüratları xatırlanıb.

Son xəbərlər

Şahin Diniyevlə bağlı qərar verildi

Gəncədə "Sözün sehri" adlı qiraət gecəsi keçirildi - FOTOLAR

Qarabağ Universitetinə fakültə dekanları seçildi - SİYAHI - FOTO

Türkiyəli və azərbaycanlı həkim heyəti Vətən müharibəsi qazisini əməliyyat etdi - FOTOLAR

"Zelenski mayın 21-dən fırıldaqçıya çevrilib” - Ukraynanın sabiq Baş naziri

Hikmət Hacıyev Türkiyə səfiri ilə regiondakı vəziyyəti MÜZAKİRƏ ETDİ

"Barselona" yeni baş məşqçisini AÇIQLADI

Bu ərazilərdə QAZ OLMAYACAQ

Bakıda qadının bu hərəkəti GÜNDƏM OLDU: Sevgilisinin bahalı... -ANBAAN VİDEO

Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi İlham Əliyevi TƏBRİK ETDİ

Çiyələklə bağlı əhaliyə XƏBƏRDARLIQ EDİLDİ

Fatimə Mövlamlı və Nicat İsmayıl Qəbələdə SAXLANILDI - FOTO

Saat 23:59-dək... - Abituriyentlərin DİQQƏTİNƏ! 

Ümumdünya Sağlam Qidalanma Günüdür - Azərbaycanda hansı tədbirlər görülür?

Zakir Həsənov Türkiyəyə GETDİ

"Plan buna hesablanıb və görünür ki... " - Rusiya Baş konsulluğu niyə məhz Xankəndidə açmaq istəyir?

Avropanın Rusiyadan enerji asılılığı nə zaman bitəcək? – Tarix AÇIQLANDI

"Sabah saat 00:00-dan..." - Əhaliyə RƏSMİ XƏBƏRDARLIQ!

Məşhur aktrisa VƏFAT ETDİ - FOTOLAR

"Həmin gün cibimdə cəmi 12 manat var idi..." - Balaəli “Gelandewagen”i necə alıb? + VİDEO

Bütün xəbərlər