BAKU Azərbaycan
°C

Uzun müddət əcdadlarımız ayaqyalın gəzsələr də, yastıpəncəlik və ayaq deformasiyalarından əziyyət çəkməyiblər. Bu, insanların qeyri-bərabər kobud səthdə: qumda, otda, torpaqda hərəkət etməsi ilə əlaqədar idi.

Gundem.az xəbər verir ki, həkim – ortoped Ənvər Qiniyatovun sözlərinə görə, ayaqyalın gəzmək olduqca faydalıdır, lakin onun da şərtləri var.

"Ayaqqabısız gəzmək ayağınızda bizim adətən ayaqqabıda nadir halda istifadə etdiyimiz əzələlərdən istifadə etməyə imkan verir. Bu, ayaq biləyinin bağlarını və oynaqlarını gücləndirmək, ayağın əzələ tonunu artırmaq üçün əla fürsətdir.

Nəzərə almaq lazımdır ki, burada çox şey insanın gəzdiyi səthdən asılıdır. Ən uyğun variantda səth qeyri-bərabər olmalıdır: qabar, kiçik çuxurlar, xırda daş, çınqıl və s. Ən yaxşı seçim qumda gəzməkdir. Qum ayağın təbii formasını alır və səthini düzgün masaj etməyə imkan verir.

Onurğanın əyriliyindən əziyyət çəkən insanlar üçün ayaqyalın gəzmək faydalıdır. Bu, yerişinizi düzəltməyə və kürəyinizi düz tutmaq vərdişini inkişaf etdirməyə kömək edəcək, həmçinin tarazlıq hissini yaxşılaşdıracaq. Ayağın səthində bir çox bioloji aktiv nöqtələr var, onların təsiri bədənin müxtəlif orqanlarının və sistemlərinin işini stimullaşdırır. Bunlara beyin, ürək-damar və mərkəzi sinir sistemləri daxildir.

Ayaqyalın gəzməyin mənfi cəhəti odur ki, ayaq dərisi nazikdir, sağalması uzun sürən kəsiklər və sıyrıntılar təhlükəsi var. Bundan əlavə, ayaqdakı kiçik bir yara vasitəsilə belə, infeksiya bədənə daxil ola bilər".

Medicina.az

Son xəbərlər

Xaricdən Elektron Hökumət Portalına giriş məhdudlaşdırılıb

XİN Paşinyana CAVAB VERDİ

“Brent” neftin qiyməti cüzi ARTIB

Prezident Zəngilan kəndinin təməlini qoydu

Ramin Məmmədovun Qarabağın erməni sakinlərinin nümayəndələri ilə növbəti görüşü gözlənilir

Britaniyanın yeni müdafiə naziri Kiyevdə - Zelenski ilə görüşdü

Prezident “Cahangirbəyli” Su Elektrik Stansiyasının açılışında iştirak edib

Zəngilan Konqres Mərkəzi Kompleksinin açılışı OLDU

Rusiyanın Ukraynadakı itkiləri 277 mini ötdü

Ziya Bünyadovun 100 illik yubileyi qeyd ediləcək

İlham Əliyev Zəngilanın Alıbəyli kəndinin təməlini qoydu

"Semaşka"ya yeni mətbuat katibi təyin olundu

Azərbaycan Özbəkistana başsağlığı verdi

XİN Ermənistana cavab verdi

“Səbail” fransalı futbolçu transfer etdi

“10 milyon əhalinin hər biri sığortalanıb”

“Həkimlərin orta aylıq maaşı 2000 manatdan çox artıb”

Bakıda qumbara tapıldı - VİDEO

Sülhməramlıların "KamAZ"ı aşdı, ermənilərin "Hummer"i və "Mercedes"i yandı

Bakıdakı bu bağçalarda boş yerlər var

Bütün xəbərlər