BAKU Azərbaycan
°C

Biləsuvar rayonunun Xırmandalı kəndində məişət tullantıları ilə bağlı yaranmış problem aradan qaldırılır.

Gundem.az xəbər verir ki, bu barədə Report-a yerli icra hakimiyyətindən bildirilib.

Qeyd olunub ki, kənddə məişət tullantılarının yığılması və utilizasiyası həyata keçiriləcək.

Belə ki, kənd ərazisində məişət tullantıları probleminin həlli ilə bağlı rayon rəsmiləri və digər dövlət orqanlarının nümayəndələrinin iştirakı ilə toplantı olub.

Toplantıda əhalisinin sayı 10 min nəfərdən artıq olan Xırmandalı kəndinin rayonun ən sıx məskunlaşmış yaşayış məntəqələrindən biri olduğu vurğulanıb.

Qeyd edilib ki, indiyədək insanların kompakt şəkildə yaşadığı bu məntəqədə məişət tullantılarının idarə edilməsi problem olaraq qalırdı. Mövcud problemin həlli istiqamətində verilmiş təkliflər nəzərə alınaraq yeni yaradılan müvafiq qurum kənddə məişət tullantılarının yığılması və utilizasiyasını həyata keçirəcək.

Bildirilib ki, yeni yaradılmış müəssisə kəndin təmizliyi ilə yanaşı, xüsusilə də Bolqarçay çayının kənd ərazisindən keçən hissəsinin də zibillənməsinin qarşısının alacaq.

Qeyd edək ki, bir müddət əvvəl məişət tullantıları ilə əlaqədar problemlə bağlı sakinlər "Report"a müraciət etmişdilər. Məsələ ictimailəşdirildikdən sonra rayon icra hakimiyyətindən problemin aradan qaldırılacağı bildirilmişdi.

Son xəbərlər

Azərbaycan və Türkiyə hərbi informasiya sahəsində qarşılıqlı təcrübə mübadiləsi apardı - FOTO

Azərbaycanda insan hüquqlarının qorunması beynəlxalq tələblərə uyğunlaşdırılır

Həkimdən bu şəxslərə XƏBƏRDARLIQ! - “Kişilər 45, qadınlar isə 55 yaşdan sonra..." 

Prezident Aydın İbadovu vəzifəsindən AZAD ETDİ - YENİ TƏYİNAT

Kopenhagendə tarixi bina yanır - VİDEO

Beynəlxalq axtarışda olan şəxslər Azərbaycana ekstradisiya EDİLDİ

Aprelin 16-sı Ümumdünya Səs Günüdür

10 martda imtahan vermiş şagirdlərin NƏZƏRİNƏ! - Nəticələr AÇIQLANDI

Bu klublar Qurban Qurbanovla MARAQLANIR: "Mütəxəssislə təmas olub, yaxın günlərdə..."

Rusiya aviaşirkəti Nijni Novqoroddan Bakıya birbaşa reyslərə BAŞLADI

İranın İsrailə hücumu nəticəsində yaralanan tək şəxsin kimliyi AÇIQLANDI

"Büdcə üçün oyunçu satacağıq" - "Bayer"in direktoru

Xəstəlikdən əziyyət çəkən aparıcı Azər: "Anamın verdiyi böyrək də xarab oldu..." - VİDEO

Xalq artisti Tünzalə Ağayeva “Beynəlxalq Mədəniyyət Günü”ndə iştirak etdi - FOTOLAR

Dilarə Əliyeva mərhum həyat yoldaşının son mesajından DANIŞDI: "Yazmışdı ki..."

Ertələmək xəstəliyindən necə xilas olmaq olar? – Psixoloq AÇIQLADI 

Tanınmış rusiyalı jurnalist qiyabi HƏBS EDİLDİ

Tanınmış həkim nömrəsini maşın qiymətinə satır - FOTO

Nazirlər Kabinetindən Qarabağ Universiteti ilə bağlı YENİ QƏRAR

Doktoranturaya elektron sənəd qəbuluna BAŞLANDI - YENİLƏNDİ

Bütün xəbərlər