BAKU Azərbaycan
°C

Bakıda bir küçə var ki, orada marşrut avtobuslarına bir yox, iki hərəkət zolağı ayrılıb. Bu isə onsuz da dar olan Bakı küçələrində əlavə tıxaca səbəb olur. Həmin ərazidə bizim də çəkiliş qrupumuz olub. Biz orda olanda zolaqların hər ikisi hələ də yoldaydı. Bakı Nəqliyyat Agentliyi problemin günün sonuna qədər həll ediləcəyini bildirib..

Paytaxtın Rəşid Behbudov prospekti ilə Şəmsi Bədəlbəyli küçəsinin kəsişməsində çəkilən zolaq sürücüləri çaşbaş salır. Söhbət marşrut avtobuslarının hərəkəti üçün nəzərdə tutulmuş zolaqdan gedir.

Ümumi olaraq Bakı şəhərində avtobusların hərəkəti üçün bəzi yollarda yolun sağ tərəfində bir zolaq ayrılsa da, sözügedən prospektdə bu zolağın sayı ikidir. Bu da digər sürücüləri narazı salır.

Bəzi avtobus sürücüləri isə məsələni problem kimi görmürlər.

Ancaq avtobusu daima sağ zolaqla idarə etdiklərini deyən sürücülər də var.

Bakı Nəqliyyat Agentliyindən "Xəzər Xəbər"ə bildirildi ki, sözügedən ərazidə avtobuslar üçün iki hərəkət zolağının çəkilməsi iş icraçısının səhvidir. Lakin gün ərzində bu problem aradan qaldırılacaq. Yəni zolaqlardan biri ləğv ediləcək.

Gundem.az  Xəzər xəbər-ə istinadla sujeti təqdim edir:
 

Son xəbərlər

Qətlə yetirilən tələbə Könülün ailəsində daha bir FACİƏ

“Yüksəliş” müsabiqəsinin qabiliyyət imtahanı mərhələsi KEÇİRİLİR

DİM-in yeni korpusunda ilk kütləvi imtahanlarKEÇİRİLİR

Abşeron və Qaradağda qanunsuz tikintilərin qarşısı ALINDI - FOTO/VİDEO

Bakıda nənəsini və həyat yoldaşını bıçaqlamaqda şübhəli bilinən şəxs SAXLANILDI

Buraxılış imtahanının nəticələri açıqlandı

Azərbaycanda peyklə yayımlanan radiokanalların sayı ARTDI

Məşhur müğənninin həbsinə səbəb olan GÖRÜNTÜLƏR - FOTO

"TikTok"dan istifadəçilərini narazı salacaq ADDIM - Artıq...

Putindən Xarkovla bağlı MÜHÜM AÇIQLAMA: "Bu gün..."

Lerikdə dağ uçdu, qaya parçaları yolu BAĞLADI

Aprelin 21-dəki buraxılış imtahanının nəticələri AÇIQLANDI

Əməkdar artist müğənnini LAĞA QOYDU: "Hissdir, kömürdür bilmirəm..." - VİDEO

Gəncədə avtomobil qaçıran şəxs SAXLANILDI

AFFA prezidenti UEFA-nın İcraiyyə Komitəsinin üzvü ilə GÖRÜŞDÜ

"Telefon, hesab və fərdi məlumatlarınız..." - Əhaliyə təhlükəsizliklə bağlı XƏBƏRDARLIQ!

Slovakiya Prezidenti sui-qəsdə uğrayan Baş nazirdən DANIŞDI: "Kritik saatlar..." 

Kapital Bank-ın 2023-cü ilin yekunları və 2024-2026-cı illər strateji dövrünə dair mətbuat konfransı - FOTO

Azərbaycanda bu şəxslərə verilən müavinət DAYANDIRILDI - RƏSMİ

Latviya Parlamenti sədrinin Azərbaycana səfər tarixi MƏLUM OLDU

Bütün xəbərlər