BAKU Azərbaycan
°C

Prezident İlham Əliyev “Dərman vasitələri haqqında” Qanuna edilən dəyişiklikləri təsdiq edib. Bu gün cənab Prezident həmçinin Bakının Pirallahı rayonunda “Diamed” dərman istehsalı zavodunun açılışında iştirak edib. Qanuna dəyişiklik və yerli istehsalın təşkili hansı dərmanların ucuzlaşmasına səbəb olacaq?

Gundem.az xəbər verir ki, iqtisadçı millət vəkili Vüqar Bayramov qanuna edilən dəyişiklik bütövlükdə bu sahədə vəziyyətin yaxşılaşdırılması və qanunvericilik bazasının möhkəmləndirilməsi məqsədi daşıdığını deyib.

" Ötən illərə nəzər salsaq, müxtəlif dərman vasitələrini eyni əmtəə nişanı adı altında qeydiyyata alındığı və satışının həyata keçirildiyini görərik. Bu da həm qeydiyyatda, həm də satışda müəyyən nizamsızlığın yaranmasına səbəb olurdu.

Bu baxımdan da məqsəd bu sahədə vəziyyətin vətəndaşların hüquqlarının qorunması baxımından nəzarətə götürülməsindən ibarətdir. Qanun dəyişikliyi dərman preparatlarının satışı sahəsində daha keyfiyyətli məhsulların satıcılara təklif olunmasına imkan yaradacaq. Dərman preparatlarının qiymətləri də dövlət tərəfindən tənzimləndiyi üçün bu qərar təbii ki, qiymətə də təsir edəcək. Bır sıra dərman məhsulların real qiymətləri ucuzlaşa bilər.

Ölkədə dərman idxal edən təşkilatların gətirdikləri dərman preparatlarının sənədləşdirilməsi, qeydiyyatdan keçirilməsi, lisenziyalaşdırmanın sadələşdirilməsinə xidmət edən bu dəyişiklik bəlli bir müddətdən sonra həm qiymətə, həm də keyfiyyətə müsbət təsir göstərəcək. Yerli istehsalın təşkili və genişləndirilməsi isə bu strateji hədəfləri daha da gücləndirəcək"- deyə iqtisadçı qeyd edib.

Son xəbərlər

Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev İNŞA EDİLƏCƏK

Cəbrayılın Maşanlı kəndində 2 360 sakin üçün 590 fərdi ev inşa ediləcək

Məşhur içki şirkətinin İsmayıllıda zavodu tikiləcək - FOTO

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - DOSYE

Prezident Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB

Azərbaycanlı biznesmen QƏFİL ÖLDÜ - FOTO

Prezident “Zəngilan” və “Şayıflı” SES-in açılışını etdi - YENİLƏNDİ

Prezident Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNDİ + FOTO

Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini QOYDU - FOTO

İlham Əliyev Böyük Mərcanlı kəndinin təməlini QOYDU - FOTO

Prezident Cəbrayılın Karxulu kəndinin təməlini QOYDU - FOTO

Hakan Fidan Pakistana GEDƏCƏK

Prezident Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini QOYDU

Prezidentlə xanımı Zəngilanda “Ağalı” hotelinin açılışında - YENİLƏNƏCƏK

İlham Əliyev Cəbrayıl rayonunda 4 kəndin TƏMƏLİNİ QOYDU

Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini QOYDU

Rusiya bu ölkəyə şəkər satışını ARTIRACAQ

Gümüş sürətlə bahalaşır - SON QİYMƏT

DİM sədri imtahanlarla bağlı yeniliyi AÇIQLADI: "Bu sistemi regionlarda da..."

Bütün xəbərlər