BAKU Azərbaycan
°C

Azərbaycanda quru sərhədləri 2020-ci ilin martından bəri bağlıdır. Həmin vaxt hökumət bu tədbirin Covid-19 pademiyasının fəsadlarının qarşısını almaq üçün həyata keçirildiyini açıqlamışdı. Ümumdünya Səhiyyə Təşkilatı mayın 5-də COVID-19 pandemiyasına rəsmi olaraq başa çatdığını açıqladı. Bununla belə, Azərbaycan hökuməti iyunun 23-də pandemiya ilə əlaqəli karantin rejiminin oktyabrın 2-nə qədər uzadılması barədə qərar çıxardı. Beləcə, karantin rejiminin uzadılması quru sərhədlərin bağlı qalmasını şərtləndirmiş oldu. Vətəndaşlar, xüsusilə tələbələr qeyd edir ki, quru sərhədlərin açılması vacibdir. Bəziləri isə sərhədlərin mərhələli şəkildə, məsələn, əvvəlcə Türkiyə və Gürcüstan üçün açılmasını təklif edirlər.

Bəs sərhədlər niyə açılmır? Mərhələli şəkildə quru sərhədləri açmaq mümkündürmü?

Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən Milli Məclisin deputatı Razi Nurullayev də quru sərhədlərin açılmasının tərəfdarı olduğunu bildirib:

"Quru sərhədlərinin açılması ilə bağlı ciddi, anlaşılmayan məsələlər var. Biz dövlət nümayəndələri kimi bunun daha çox təhlükəsizliklə bağlı olduğunu bilirik. İnsanların bəziləri bu məsələlərdə məlumatsızdır, amma təbii ki, mən istərdim ki, elə günü sabah quru sərhədləri açılsın. Çünki quru sərhədlərin açılması yüz minlərlə insanın həyatının asanlaşdırılması deməkdir, yüz minlərlə insanın xırda ticarətlə evinə çörək aparması deməkdir və yüz minlərlə insanın sərhədi keçərək Azərbaycana turizm məqsədi ilə gəlməsi deməkdir. Bu da onların burada pul xərcləməsi deməkdir ki, bu sayədə on minlərlə insan Azərbaycan daxilində işlə təmin oluna bilər. Bütün bunları nəzərə alaraq quru sərhədlərinin açılması vacibdir. Əlavə olaraq, öz maşını ilə quru sərhədlərlə xəstə aparıb-gətirənlər, tələbələrin Azərbaycana gəlməsi və təyyarə biletlərinin baha olması fonunda sərhədlərin açılması daha vacib görünür. Həmişə bunun tərəfdarı olmuşam".

Millət vəkili sərhədlərin məhz təhlükəsizlik amilinə görə bağlı qalmasını istisna etməyib:

"Elə düşünmək olmaz ki, biz sərhədlərin açılmasını istəyirik, lakin hökumət istəmir. Bu doğru yanaşma olmaz. Yəqin ki, bizim bilmədiyimiz elə məqamlar var ki, biz də onu bilsək, hökumətlə razılaşarıq. Yəqin ki, müəyyən səbəblər var, o səbəblər öncə aradan qaldırılmalıdır ki, sonra quru sərhədlər açılsın. Mən bunu ermənilərin təxribatına, Qarabağda baş verən hadisələrə, Rusiya-Ukrayna müharibəsini bağlayıram".

R.Nurullayev sərhədlərin mərhələli şəkildə açılması məsələsinə də münasibət bildirib. O, bu addımın bir sıra problemlərə yol aça biləcəyini qeyd edib:

"Sərhədlərin mərhələli şəkildə açılması əlavə suallar yaradacaq. Bu, ölkələrlə münasibətlərin pozulmasına, bir sıra suallara və ayrıseçkiliyə səbəb ola bilər. Bütün bunları nəzərə almaq lazımdır. Bəzi ölkələrlə quru sərhədi açıb, bəzisi ilə bağlı saxlamaq heç də deyildiyi kimi asan deyil. Əgər sərhədlər açılsa, mən əminəm ki, bütün ölkələr üçün birdən açılacaq".

Son xəbərlər

Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev İNŞA EDİLƏCƏK

Cəbrayılın Maşanlı kəndində 2 360 sakin üçün 590 fərdi ev inşa ediləcək

Məşhur içki şirkətinin İsmayıllıda zavodu tikiləcək - FOTO

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - DOSYE

Prezident Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB

Azərbaycanlı biznesmen QƏFİL ÖLDÜ - FOTO

Prezident “Zəngilan” və “Şayıflı” SES-in açılışını etdi - YENİLƏNDİ

Prezident Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNDİ + FOTO

Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini QOYDU - FOTO

İlham Əliyev Böyük Mərcanlı kəndinin təməlini QOYDU - FOTO

Prezident Cəbrayılın Karxulu kəndinin təməlini QOYDU - FOTO

Hakan Fidan Pakistana GEDƏCƏK

Prezident Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini QOYDU

Prezidentlə xanımı Zəngilanda “Ağalı” hotelinin açılışında - YENİLƏNƏCƏK

İlham Əliyev Cəbrayıl rayonunda 4 kəndin TƏMƏLİNİ QOYDU

Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini QOYDU

Rusiya bu ölkəyə şəkər satışını ARTIRACAQ

Gümüş sürətlə bahalaşır - SON QİYMƏT

DİM sədri imtahanlarla bağlı yeniliyi AÇIQLADI: "Bu sistemi regionlarda da..."

Bütün xəbərlər