BAKU Azərbaycan
°C

COVID-19-un yeni dalğası bütün dünyanı bürüməkdədir.

Gundem.az APA-ya istinadən xəbər verir ki, son vaxtlar koronavirusa yoluxmada ciddi artım qeydə alınır.

COVID-19-un yeni ştamları Eg.5 ERİS, BA.2.86 və digərləri daha sürətlə yayılır.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, son ayda dünya üzrə yoluxma sayı 38 % artıb. Avropada yoluxmada artım 39 %, Sakit okeanın qərbində 52 %, Aralıq dənizinin şərqində isə 113 % təşkil edib.

Koreya, İtaliya, Böyük Britaniya, Avstraliya və Sinqapurda yoluxma sayında kəskin artım qeydə alınıb.

Hazırda ABŞ-da COVID-19-a yoluxma 2020-ci ilin ilk pandemiyasının statistikasına yaxınlaşır. Gündə 650 mindən artıq amerikalıda COVID aşkarlanır. Yaxın aylarda isə ABŞ əhalisinin 10 faizə yaxınının virusa yoluxacağı proqnozlaşdırılır. Ölüm halları da avqustla müqayisədə 5% artıb.

Son həftə ərzində ABŞ-da COVID-19-a görə xəstəxanaya yerləşdirilənlərin sayı 8,7 %, ölüm halları isə 4,5 % artıb. ABŞ Federal Səhiyyə Təşkilatı amerikalıları COVID-19-a qarşı vaksin olunmağı tövsiyə edib.

Qonşu Rusiyada da koronavirusa yoluxmada artım qeydə alınıb. Rusiyada son bir həftədə koronavirusa yoluxmada 48% artım qeydə alınıb.

Hətta Altay vilayətində COVID-19-a yoluxma artdığına görə 49 məktəbdə karantin məhdudiyyətləri tətbiq olunub, 6 məktəb isə ümumiyyətlə bağlanıb.

ÜST risk zonasında olanları, əsasən də, immuniteti aşağı olan yaşlı təbəqəni revaksinasiya olmağa çağırır.

Azərbaycanda əksəriyyət COVID pandemiyasının arxada qaldığını düşünsə də, əslində, vəziyyət o qədər də ürəkaçan deyil. COVID-19-un dünyada müşahidə olunan artım tendensiyası Azərbaycandan da yan keçməyib.

Son bir ayın statistikasına nəzərə saldıqda məlum olur ki, 7-13 avqustda Azərbaycanda COVID-19-a 8 yoluxma qeydə alınıbsa, növbəti həftələrdə yoluxmada ciddi artım baş verib. Nəticədə son həftədə - 11-17 sentyabrda ölkə üzrə 142 yoluxma qeydə alınıb. Bu isə 17.75 dəfə artım deməkdir. Xüsusi vurğulamaq lazımdır ki, bu, rəsmi statistikadır, qeydiyyata düşməyən yoluxma sayı isə daha çoxdur. Belə ki vətəndaşlar pandemiyanın bitdiyini düşünür, bu səbəbdən də özlərində COVID əlamətləri hiss etdikdə test verməyi lazım bilmirlər. Əvvəllər olduğu kimi, test verilməsi məsələsinə ciddi yanaşıldığı təqdirdə, COVID-19-a yoluxma rəqəmlərinin indikindən dəfələrlə yüksək olacağını düşünmək olar.

Vətəndaşların yaranmış vəziyyətin təhlükəli həddə çata biləcəyini nəzərə almaqla, test verilməsi, eləcə də COVID-19-a yoluxmanın yüksək həddə olduğu vaxtlardakı kimi tələb olunan qaydalara ciddi riayət etmələri vacibdir. Əks halda, COVID-19-un yeni dalğasının ciddi fəsadları ilə üzləşə bilərik.

Son xəbərlər

Bakıda daha bir yolda DƏYİŞİKLİK - VİDEO

Azərbaycanda daha bir uşaq qızılcadan öldü

ABŞ-nin yeni səfiri Azərbaycana gəlib

Moskvada fövqəladə xəbərdarlıq edildi

Xameneinin ölümünə hazırlıq – Varis seçimi gedir

“HƏMAS razılaşmanı pozdu” - Netanyahu

AVRO-2024-ün final mərhələsinin püşkü atıldı

Məşhur cütlük 14 ildən sonra boşanır

Hikmət Hacıyev Dubayda sərgilənən Azərbaycan pavilyonu barədə paylaşım etdi

Qəzza İslam Universitetinin rektoru həlak oldu

Xoşbəxt ailə qurmaq istəyirsinizsə belə şəxslərdən qaçın!

“ABŞ Türkiyə ilə bu ölkənin arasını vurur” - Ərdoğan

“ABŞ Türkiyə ilə bu ölkənin arasını vurur” - Ərdoğan

Kürdəmirdə ağır qəza: xəsarət alanlar var

Qərbin Ermənistana ixracı 200% artıb, Brüssel hara baxır?

ABŞ, Böyük Britaniya və Aİ-dən 3 ölkəyə XƏBƏRDARLIQ

Futbolçumuz Albaniya klubunda növbəti qolunu vurdu

Ən soyuq dekabr ayı 21 il əvvəl qeydə alınıb

Sürücülərə Bakının əsas prospektlərindən biri ilə bağlı mühüm xəbərdarlıq

Gömrük limiti ilə bağlı rəsmi açıqlama

Bütün xəbərlər