
Cəmiyyət
16.11.2023 / 10:09
192
Bu gün bu ərazilərdə QAZ OLMAYACAQ
Bu gün Bakının iki rayonunda qaz olmayacaq.
Bu barədə "Azəriqaz" məlumat yayıb.
Bildirilib ki, Abşeron rayonu, Müşfiqabad qəsəbəsində yeraltı qaz kəmərində görüləcək təmir işləri və yeni qaz tənzimləyicinin quraşdırılması məqsədi ilə "Pirəkəşkül Broyler fabriki" ölçü qovşağından qidalanan "Müşfiqabad(Əhali)" qaz kəmərində 16.11.2023-cü il tarixdə saat 10:00-dan etibarən işlər başa çatanadək qaz təchizatının dayandırılması planlaşdırılır.
Qeyd olunub ki, təmir işləri aparılan müddətdə Qaradağ rayonun Müşfiqabad, Binəqədi rayonunun isə 28 May qəsəbələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay