BAKU Azərbaycan
°C

“Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyi “Biz qayıdacağıq…” sənədli filmini təqdim edib.

Gundem.az xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin “Qərbi Azərbaycanlı Qaziləri, Şəhid Ailələri və Veteranlarının İctimai Çağırışı – Biz Qayıdacağıq!” layihəsi çərçivəsində hazırlanmış sənədli filmi təqdim olunub.

Tədbirin əvvəlində Dövlət Himni səsləndirilib və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə çıxış edən “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə tarixi missiyanın davam etdiyini vurğulayıb:

“44 günlük Vətən Müharibəsində hamımız “Biz qarabağlıyıq” deyirdik, indi isə hamımız “Qərbi azərbaycanlıyıq” deyirik. Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin irəli sürdüyü tarixi missiyada biz də öz birliyimizi daim göstərməliyik”.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva çıxışında təqdim olunan sənədli filmin tarixi əhəmiyyətini önə çəkib:

“Hazırlanmış sənədli film bu gün və gələcək üçündür. Bu film yalnız Qərbi azərbaycanlılar üçün yox, bizim hər birimiz üçün əhəmiyyətlidir. Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin “Qərbi Azərbaycan” ideyası üzərində işlərimiz davam edəcək”.Daha sonra söz alan şəhid ailələrinin üzvləri, qazilər, Milli Məclisin deputatı Vüqar İskəndərov, professor Firudin Cəlilov, fəlsəfə doktoru Pərviz Səmədov və psixoloq Rövşən Nəcəfov sənədli film haqqında təəssüratlarını bölüşüblər.

Qeyd edək ki, sənədli filmin ssenari müəllifi və rejissoru Teymur Zahidoğludur.

​​​​​​​

 

 

Son xəbərlər

"Mənim bir evim olacaq, o da məzar" - Azərbaycanlı aktrisa çətin vəziyyətdədir - FOTOlar

"Barselona" bu futbolçuları buraxmaq istəmir

Qərbi Azərbaycana qayıdış: Əliyev İrəvana şərtini elan etdi

Məşhur aktyor ata oldu

Baydenin oğluna ÖLÜM TƏHDİDİ: "Atam bu ağrıya dözə bilməyəcək"

11 milyardlıq sərvətini vermək üçün bağbanı övladlığa götürür

Gəncədə 34 yaşlı qadının asılmış meyiti tapıldı

Oğuzda avtomobil aşdı: yaralılar var

Gəncədə toy QANA BOYANDI: yaralılar var

İsrail "Hizbullah"ın əməliyyat mərkəzini vurdu

Saray yolunda ağır qəza: ölən var - VİDEO

Nazpərinin sabiq nazirlə rəqsi gündəm oldu - VİDEO

Neftçalada məktəbdə yanğın oldu

Sakinlər şok mesaj aldı: -380 dərəcə şaxta...

BƏƏ lideri İlham Əliyevə zəng etdi

7 il idi belə uğursuzluq yaşamırdılar

Müəllimlərə ŞAD XƏBƏR: vəzifə maaşları artırıldı - FOTO

Tullantıları tutumlardan kənara atan şəxslər aşkarlandı

Kübra Əliyeva bahaçılıqdan şikayətləndi

"WhatsApp"da YENİ MƏHDUDİYYƏT: söhbətlər və media fayllar...

Bütün xəbərlər