BAKU Azərbaycan
°C

Bir çox məktəblərdə bufetlərin vəziyyətinin qənaətbəxş olmadığı bilinsə də, bununla bağlı hər hansı təsirli tədbirlər görülmür.

 Gundem.az qeyd edir ki, mövzu ilə bağlı Sfera.az-a danışan təhsil ekperti Kamran Əsədov bildirib ki, Elm və Təhsil Nazirliyi, Bakı Şəhər Təhsil İdarəsi öz maddi maraqlarına görə gələcəyimiz olan şagirdlərin həyatlarını təhlükəyə atırlar:

“Bildiyimiz kimi, 2011-ci ildə Nazirlər Kabinetinin təhsil müəssələrində gigiyenik qaydalarla bağlı xüsusi göstərişləri var. Təəssüf ki, ümumtəhsil müəssisələrindəki bufetlərdə bu normalar gözlənilmir. Yağda qızardılmış, iy verən, hətta tez xarab olan məhsullardan istifadə olunur. Hesab edirəm ki, bu sahədə yoxlamaları dayandırmaq yox, əksinə, ciddi şəkildə həyata keçirmək lazımdır. Çünki qidalanma birbaşa təhsilə təsir göstərən amillərdən biridir”.

Ekspert iddia edib ki, məktəb bufetlərində sağlamlığa birbaşa zərər vuran məhsullar satılır və bufetlərdəki vəziyyət heç bir müvafiq qurumlar tərəfindən yoxlanılmır:

“Bu məsələ xüsusilə diqqətdə saxlanmalı və qadağan olunmuş qidaların, içkilərin bufetlərdə satılmasına icazə verilməməlidir. Artıq geridə qoyduğumuz 2022-2023 tədris ilində bir neçə məktəbdə zəhərlənmə hadisəsi baş verib. Bu hadisələrin təkrarlanmaması üçün orada satılan məhsullar mütləq şəkildə yoxlamalardan keçməlidir”.

K. Əsədov son olaraq qeyd edib ki, bizdə məktəb bufetlərinin piştaxtasında olan məhsulları məktəblərin özləri müəyyənləşdirirlər. Məktəblilərin sağlamlığı ilə bağlı bütün məsələlər hələ ki, məktəb rəhbərliyinin vicdanına qalıb.

Son xəbərlər

"Mənim bir evim olacaq, o da məzar" - Azərbaycanlı aktrisa çətin vəziyyətdədir - FOTOlar

"Barselona" bu futbolçuları buraxmaq istəmir

Qərbi Azərbaycana qayıdış: Əliyev İrəvana şərtini elan etdi

Məşhur aktyor ata oldu

Baydenin oğluna ÖLÜM TƏHDİDİ: "Atam bu ağrıya dözə bilməyəcək"

11 milyardlıq sərvətini vermək üçün bağbanı övladlığa götürür

Gəncədə 34 yaşlı qadının asılmış meyiti tapıldı

Oğuzda avtomobil aşdı: yaralılar var

Gəncədə toy QANA BOYANDI: yaralılar var

İsrail "Hizbullah"ın əməliyyat mərkəzini vurdu

Saray yolunda ağır qəza: ölən var - VİDEO

Nazpərinin sabiq nazirlə rəqsi gündəm oldu - VİDEO

Neftçalada məktəbdə yanğın oldu

Sakinlər şok mesaj aldı: -380 dərəcə şaxta...

BƏƏ lideri İlham Əliyevə zəng etdi

7 il idi belə uğursuzluq yaşamırdılar

Müəllimlərə ŞAD XƏBƏR: vəzifə maaşları artırıldı - FOTO

Tullantıları tutumlardan kənara atan şəxslər aşkarlandı

Kübra Əliyeva bahaçılıqdan şikayətləndi

"WhatsApp"da YENİ MƏHDUDİYYƏT: söhbətlər və media fayllar...

Bütün xəbərlər