BAKU Azərbaycan
°C

Mənzilin sahəsi dövlət çıxarışında 75.2 kvadratmetr göstərildiyi halda, vətəndaş Mənzil-Tikinti Kooperativlərinə (MTK) komunnal xidmətlərə görə 87 kvadratmetr sahə üçün ödəniş edir.

Gundem.az-ın məlumatına görə, bəzi MTK-lar alqı-satqı zamanı komunnal ödənişlərin məbləğini özləri təyin etdikləri kvadratmetrə əsasən müəyyənləşdirirlər. Əksər hallarda mənzilə çıxarış alarkən onun sahəsi MTK ilə imzalanan müqavilədə göstərilən kvadratmetrdən az olur.

Xidməthaqqı köhnə müqaviləyə əsasən hesablandığına görə vətəndaşlar MTK-ya daha çox ödəniş etməli olurlar.

Məsələ ilə bağlı əmlak eksperti Ramil Osmanlı bildirib ki, mülki qanunvericiliyə əsasən, mənzilin əsas sənədi dövlət çıxarışı hesab olunur və ödənişlər də orada göstərilən sahəyə görə həyata keçirilməlidir.

Yalnız dövlət çıxarışı olmadığı halda, xidməthaqqı MTK-nın vətəndaşla bağladığı müqavilə əsasında hesablana bilər.

Vətəndaşların sözlərinə görə, MTK-lar müəyyən xərclərini qarşılamaq üçün bu üsulla əlavə gəlir əldə etməyə çalışırlar.

Ekspert qeyd edib ki, MTK-lar əlavə gəlir əldə etmək üçün vətəndaşların məlumatsızlığından istifadə edirlər. Əslində çıxarış alan mənzil sahibləri MTK-ya yaxınlaşaraq müqavilənin yenilənməsini tələb edə bilərlər.

O, əlavə edib ki, qanunsuzluğa yol verən MTK-lara qarşı ciddi tədbirlər görülmədiyindən bu sahədə sui-istifadə halları dəfələrlə artıb.

Ətraflı “ATV Xəbər”in süjetində:

Son xəbərlər

Narin cinayətindən sonra 50 uşaq dövlət himayəsinə alındı

Sabah bu rayonun bir hissəsi QAZSIZ QALACAQ

USAİD-in yardımları xoşniyyətli deyil - Bayramov

"Aİ-95" benzinin qiyməti artacaq? - AÇIQLAMA

Ötən il 43 şəxs cinayət başında yaxalandı

Tanınmış modelin sinəsi çürüyür - Silikon taxdırmayın, peşmanam

Çimnaz Sultanova bu xəstəliklərdən əziyyət çəkib - Xəstəxanadan AÇIQLAMA

İsrail HƏMAS-la razılaşmanın detallarının hələ TƏSDİQLƏMƏYİB

"Samsung" işlədənlər ehtiyatlı olun - Məlumatlarınız oğurlana bilər

Çiy kartof yemək faydalıdır?

Evlənmək istəyən cütlüklərə xəbərdarlıq: mütləq bunu edin

İynəyə görə xəstə dünyasını dəyişmişdi -70 yaşlı həkim bu cəzanı aldı

Bu rayonlara qar yağır

Qadın övladını zəhərləyərək izləyicilərindən 63 min manat topladı

Azərbaycanda həkimi xəstəxananın həyətində maşın vurdu - FOTO

Nazir müdiri işdən çıxardı

Məşhur aktrisa vəfat etdi -FOTO

Beyləqanda qəzaya düşən şəxs tanınmış iş adamı imiş - FOTO

Son 10 il tarixin ən isti illəri oldu - Vilfand

Pensiyalar neçə faiz artırılacaq? -AÇIQLAMA

Bütün xəbərlər