BAKU Azərbaycan
°C

Səhiyyə Nazirliyi qızılca virusuna yoluxmuş şəxslərin antibiotikdən istifadəsi məsələsinə aydınlıq gətirib.

Gundem.az "medicina"a istinadən xəbər verir ki, infeksionist Təyyar Eyvazov deyib ki, qızılca virus infeksiyasıdır, antibiotik isə yalnız bakteriyalara təsir göstərir.

"Qızılca zamanı bakteriyalı fəsadlar ola bilərsə, onda təbii ki, antibiotik təyin edilir. Amma bu fəsadlar olmadan tövsiyə olunmur", - o qeyd edib.

Virusa yoluxan şəxslərin A vitaminini qəbulu məsələsinə gəldikdə isə, Təyyar Eyvazov qeyd edib ki, milli təqvim peyvəndində də qızılcaya yoluxmuş şəxslərə A peyvəndinin verilməsi tövsiyə olunur:

"Buna görə virusa yoluxan və vəziyyəti ağırlaşmış şəxslərin müalicəsində A vitaminindən istifadə oluna bilər. Eyni zamanda, qızılcaya yoluxmuş şəxsin yüksək temperaturu varsa, "Parasetamol" dərmanı içə bilər. Temperaturun aşağı salınması üçün qızdırmasalıcı dərmanlardan istifadə bütün infeksion xəstəliklərə tövsiyə edilir".

"Müasir dövrdə bir sıra infeksiyaları idarə edə bilirik. Bizim Milli Peyvənd Təqvimində 11 infeksiyaya qarşı peyvənd var. Peyvəndlərin tətbiqindən sonra qızılcaya yoluxma halları azalmağa başlayıb. Qızlcadan qorunmağın yolu peyvənd olunmaqdır. Əgər uşaqlar peyvənd olunmayıbsa, valideynləri uşaqlarına vaksin vurdurmağa çağırırıq.

Bu gün qarşılaşdığımız hal validynlərin vaxtında uşaqlarını qızılcaya qarşı peyvənd etdirməməyinin nəticəsidir. Qeyd edim ki, koronavirus pandemiyası dövründə də peyvəndə qarşı əks təbliğat gedirdi. Bu, yolverilməzdir. Peyvənd ölümlərin qarşısını alır. Buna görə gec olmadan valdeynlərə uşaqlarını peyvənd etdirməyə çağırırıq. Hamilə qadın qızılcaya yoluxubsa, həkimə müraciət etməlidir ki, ağırlaşmaların qarşısı alınsın. Bildiyimiz kimi, hamilə qadınlara peyvəndin vurulması əks göstərişdir.

Son xəbərlər

Azərbaycanda ağır YOL QƏZASI - Ölən var

Şuşada 64 nəfər cərimələndi

Ölkə ərazisində 51 kiloqram narkotik AŞKARLANDI

Heydər Əliyev Fondunun dəstəyi ilə yeni məktəb inşa edildi - VİDEO

Metroda fasilə yarandı: Səbəb nədir? - RƏSMİ AÇIQLAMA

Xəzərdə zəlzələ oldu

Prezident Fatma Səttarovanın vəfatı ilə bağlı başsağlığı verdi

Prezident və birinci xanım Fatma Səttarovanın dəfninəəklil göndərdi

Fatma Səttarova II Fəxri xiyabandaDƏFN OLUNDU

Azərbaycanda COP 29-a görə bu günlərdəİŞ OLMAYACAQ

Azərbaycan Qran-Prisinin ikinci gününün proqramı

Qusarda motosiklet aşdı -Ölən var

Prezident “Xəqani” bağında yaradılan şəraitlə tanış oldu

Birdən-birə yoxa çıxan Anjikuni gölünün sakinlərinin başına nə gəlib? -FOTO

Tbilisi meri: "Gürcü xalqı iləhəyasızcasına rəftar edənlərin hamısı düşməndir"

Azərbaycanlı aktrisa səhnədə yıxılıb xəstəxanalıq oldu: "Beyin sarsıntısı..." - FOTO

Putinin səfir təyin etdiyi İradə Zeynalova kimdir? - DOSYE

Putin İradə Zeynalovanı səfir TƏYİN ETDİ - FOTO

Azərbaycanda iş yerini dəyişənlərin sayı sürətlə ARTIR - STATİSTİKA

Bağçalarda həftəlik iş rejimi ilə bağlı nizamnamə TƏSDİQLƏNDİ

Bütün xəbərlər