BAKU Azərbaycan
°C

Canımıza hopan, bağrımızdan sökülüb atıla bilinməyən, məntiqsiz Sovet ənənələri cəmiyyət arasında da fikirlərin haçalanmasına gətirib çıxarır.

Məsələn, 23 fevral tarixi - el arasında “Kişilər bayramı”… Daha doğrusu, xalqa bu cür “sırınan” gün…

Əvvəlcə xatırlatmaq yerinə düşər ki, SSRİ-də 23 fevral tarixi Sovet ordusunun yaranma günü kimi qeyd olunurdu. “Kişilər günü” kimi təqvimdə öz yerini tutan 23 fevralda müttəfiq respublikalarda yaşayan xanımlar öz ataları, qardaşları, həyat yoldaşlarını bayram münasibətilə təbrik edirdilər. Bu tarix 1918-ci ilin 23 fevralında baş verən hadisələrlə bağlıdır. Həmin tarixdə yenicə formalaşmaqda olan Qırmızı Ordu ilk dəfə iştirak etdiyi döyüşdə almanların hücumunu müvəffəqiyyətlə dəf edə bilmişdi. Məhz bu ilk qələbədən sonra - 1923-cü ildə Sovet İttifaqı qurulduqda, 1918-ci il 23 fevralı Qırmızı Ordunun yarandığı gün kimi qeyd etməyə başladılar. 1923-1946-cı illərdə 23 fevral tarixi “Qırmızı Ordu və Donanma Günü”, 1946-1993-cü illərdə isə “Sovet Ordusu və Hərbi Dəniz Donanması Günü” kimi qeyd olunmağa başladı.

Söhbət 20 yanvar tarixini təqvimimizdə qara rəngə boyayan Sovet ordusundan gedir.

Bəs 20 Yanvar, 31 Mart faciələri zamanı fəal iştirak etmiş Qırmızı Ordunun adı ilə bağlı olan hadisənin, kişilər bayramı kimi qeyd edilməsi hansı məntiqə sığır?

Təəssüf ki, bu gün ölkəmizdə dırnaqarası günü dirçəldən, tarixin bizim üçün qanlı, həm də tozlu səhifələrini təmizləmək istəyən təşkilatçılar, ictimai-iaşə obyektləri kifayət qədərdir. 23 fevralı “Kişilər günü” adı ilə vətəndaşlara təqdim edən və bu istiqamətdə bir sıra tədbirlər təşkil edən restoranlar, məkanlarla yəqin ki, çoxları qarşılaşıb. Görünür, onlar üçün pul qazanmaq yolunda hər şey mübahdır.

23 fevral tarixi “Kişilər günü” kimi qeyd oluna bilərmi?

Gundem.az xəbər verir ki, bununla bağlı Sfera.az-a açıqlama verən deputat Azər Badamov deyib ki, 23 fevralda Qızıl Ordunun və ya Sovet Hərbi Dəniz Donanmasının yaranması ilə müstəqilliyimiz əlimizdən alınıb və biz 70 il Sovetlər İttifaqının tərkibində yaşamağa məhkum olmuşuq:

“Bu illər ərzində xalqımıza qarşı çox haqsızlıqlar baş verdi. Belə ki, torpaqlarımız hissə-hissə qoparılaraq Ermənistana verildi, biz öz milli sərvətlərimizdən məhrum olunduq. Bu gün isə Azərbaycan dövləti müstəqildir və xalqımız da müstəqil dövlətimizin bayramlarını qeyd edir. Bununla yanaşı, tarixdə pis və yaxşı hadisələrin olmasından asılı olmayaraq bu tarixi yaşamışıq. Bu tarixi yaşayan yaşlı nəslin şüurunda 23 fevral “Kişilər bayramı” kimi qalmaqdadır. Bu, hər bir insanın şüur məsələsidir. Amma yaşlı nəsil yeni nəsillə əvəz olunduqca, 23 fevral da birdəfəlik unudulacaq”.

Millət vəkili bildirib ki, “Kişilər günü”nün 10 noyabr tarixində qeyd olunması, daha doğru olardı:

“Çünki Azərbaycan dövləti bu tarixdə düşmənin dizini yerə vuraraq qalib ölkəyə çevrildi və bunu bütün dünyaya bəyan etdi”.

Digər müsahibimiz sosioloq Lalə Mehralı 23 fevral tarixinin bayram kimi qeyd edilməməsi ilə razılaşdığını deyib:

“Eyni zamanda ölkədə minlərlə kişi vaxtilə Sovet Ordusunda xidmət edib. O vaxt həmin ordu 15 respublikanı təmsil edirdi və dolayısı ilə, bizim də ölkəmizin ordusu idi. Çoxumuzun əzizi, babası sağlamlığını həmin orduda itirib, minlərlə həmvətənimiz o ordu ilə birlikdə müharibədə olub, qolunu, ayağını, gözünü itirib. 23 fevralın bayram günü kimi qeyd edilməməsi ilə hardasa razıyam, çünki biz indi müstəqil ölkəyik və öz milli ordu günümüz var. Amma o babaların xidməti də unudulmamalıdır”.

 

Son xəbərlər

Azaraq Ermənistana keçən Azərbaycan əsgəri Vətənə qaytarılıb

Hakan Fidan ABŞ dövlət katibi ilə GÖRÜŞƏCƏK

Rzabəy Məmmədov vəzifəsindən AZAD EDİLDİ

Bu klubun azarkeşlərindən "Messi" ŞÜARI: Ronaldo ƏSƏBİLƏŞDİ

Bakı məktəbləri ilə bağlı YENİLİK

Bakı məktəbləri ilə bağlı YENİLİK

Rasim Balayev: "Azərbaycan kinosu reanimasiyadadır"

Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının SƏDRİ SEÇİLDİ - FOTO

Azərbaycanla Pakistan arasında hərbi əməkdaşlıq məsələləri MÜZAKİRƏ OLUNDU - FOTO

Bəhram Bağırzadə Xoşqədəmi, Elgizi belə ələ saldı - VİDEO

"Bu şəxslər imtahanlardan azad olunacaq" - Məleykə Abbaszadə

Abdullahian Səudiyyə Ərəbistanına SƏFƏRƏ GETDİ

Mərkəzi Bankdan son 3 ayla bağlı AÇIQLAMA: "İnflyasiya tələbi..."

"Qarabağ" -"Bayer" matçını bu hakimlər İDARƏ EDƏCƏK

Ceyhun Bayramov Səudiyyə Ərəbistanına SƏFƏR ETDİ

"Səlahiyyətli qurumlar məsələyə daha həssas yanaşmalıdırlar" - Səbinə Əliyeva

Sabah hava necə olacaq? - PROQNOZ

Magistratura imtahanında YENİLİK - RƏSMİ

Bu xəstəlik qaraciyər çatışmazlığına SƏBƏB OLUR – "6 ay nəzarət..."

Hatay yenidən SİLKƏLƏNDİ - Dağıntı və tələfat...

İtlərin hücumuna məruz qalan azyaşlının vəziyyəti AÇIQLANDI

Bütün xəbərlər