Cəmiyyət
13.03.2024 / 18:22
9405
Məktəb direktoru yol verdiyi nöqsana görə işdən çıxarıldı
Şahbuz rayonunda məktəb direktoru işində yol verdiyi nöqsana görə vəzifəsindən azad olunub.
Gundem.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən müvafiq əmr imzalanıb.
Əmrə əsasən, Şahbuz rayon Türkeş kənd tam orta məktəbinin direktoru Elminə Məmmədova vəzifə səlahiyyətlərini kobud şəkildə pozduğu və eyni zamanda fəaliyyətində ciddi nöqsanlara yol verdiyi üçün vəzifədən kənarlaşdırılıb.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay