BAKU Azərbaycan
°C

Rəqəmsal texnologiyalar günümüzün ayrılmaz hissəsinə çevrilib və dövrümüzü bu texnologiya olmadan təsəvvür etmək mümkünsüzdür. Bu da insanlarda asılılıq yaradır.

Bəs rəqəmsal aslılıq nədir və ondan necə xilas olmaq olar?

Gundem.az xəbər verir ki, mövzu ilə bağlı Sfera.az-a danışan sosial media mütəxəssisi Lalə Kişiyeva bildirib ki, rəqəmsal asılılıq dedikdə, impuls nəzarət pozğunluğunu əhatə edən davranış asılılığı nəzərdə tutulur.

“Narkotik və alkoqol kimi, rəqəmsal texlogiyalardan asılılıq da insan orqanizmi üçün zərərlidir. Bu texnologiyalardan istifadə zamanı depomin hormonu ifraz olunur və bu hormon bir müddət sonra insanları asılı vəziyyətə salır. Depomin xoşbəxtlik hormonu hesab olunur. Bu hormon insan orqanizmi üçün olduqca zəruridir. Depomin eyni hərəkəti daimi olaraq etməyə təşviq edən hormondur. Lakin yüksək vədədə və tez əldə edilən depomin insanlarda bir sıra vərdişlər yaradır. Bunun nəticəsində insanlar asılı vəziyyətə düşür. Bu asılılıq isə bir sıra psixi sağlamlıq problemlərinə gətirib çıxarda bilər. Xroniki depressiya, ümumi stress səviyyəsinin artması rəqəmsal platformalardan asılılılığın yaratdığı fəsadlardır. Sosial media insanların bir sıra təməl ehtiyaclarını qarşıladığı üçün insanlar sosial media asılılığından asanlıqla xilas ola bilmir".

Lalə Kişiyeva qeyd edib ki, bir sıra insanlar cəmiyyətdən təcrid olunacaqlarını düşündükləri üçün sosial mediadan uzaqlaşmaq istəmirlər.

“Sosial media asılılığından xilas olmağın ən başlıca üsulu rəqəmsal detoksdan istifadə etməkdir. Bu ilk başda insanlara çətin gələ bilər. Məhz bu baxımdan əvvəl qısa müddətdə sosial mediadan uzaqlaşmaq lazımdır. Sonra zamanla tədricən bu zaman dilimini artırmaq lazımdır. Zamanımızın dəyərli resurs olduğunu nəzərə alaraq sosial mediadan istifadə müdddətini kiçik addımlarla azaltmalıyıq. Sosial media asılılığı olan biri, birdən-birə tamamilə rəqəmsal texnologiyadan uzaqlaşa bilməz”.

Qeyd edək ki, virtual detoks hal-hazırda Avropada olduqca dəbdədir. Bu detoksu tətbiq edən şəxslər stress səviyyəsinin azaldığını, daha rahat yatdıqlarını və özlərini daha enerjili hiss etdiklərini bildirirlər.

Son xəbərlər

Manafdan həmin ifadə ilə bağlı açıqlama -VİDEO

Qanunsuz çıxarılan 60 nəfər əvvəlki işlərinə qaytarıldı

Azərbaycanda 1 milyondan çox insana 200 manat VERİLƏCƏK? -MÜHÜM AÇIQLAMA

Xəstəxanaya getmişdi, qəfil öldü

İmran Xana hökm oxundu

Anar Cəfərov yüksək vəzifəyə TƏYİN EDİLDİ

Niyam Salami dələduzluqda ittiham olunur

Bakıda 37 milyona park salınır

Nazir müavininin qızı da cəza alıbmış - FOTO

Azərbaycanda ərzaq məhsulları ucuzlaşa bilər

Teymur Əsgərzadə yüksək vəzifəyə TƏYİN OLUNDU

Azərbaycanda qızıl UCUZLAŞDI - Yeni QİYMƏT görün neçə oldu

Beşiktaşın bələdiyyə sədri həbs edildi

Helikopter qəzalı eniş etdi: 11 nəfər...

Bu rayonlara qar yağdı

Ölkədə bu valyuta ucuzlaşdı

Bakıda doğulan uşaq hər kəsi heyrətə saldı

Narin cinayətindən sonra 50 uşaq dövlət himayəsinə alındı

Sabah bu rayonun bir hissəsi QAZSIZ QALACAQ

USAİD-in yardımları xoşniyyətli deyil - Bayramov

Bütün xəbərlər