BAKU Azərbaycan
°C

Energetika nazirinin yeni müavini təyin olunub.

Gundem.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə Orxan Namiq oğlu Zeynalov energetika nazirinin müavini təyin edilib.

Bu münasibətlə yeni nazir müavini energetika naziri Pərviz Şahbazov tərəfindən kollektivə təqdim edilib.

Nazirliyin aparatı və tabeli qurumların rəhbər vəzifəli şəxslərinin iştirakı ilə keçirilən görüşdə çıxış edən nazir Energetika Nazirliyinin qarşısında duran vəzifələri diqqətə çatdırıb, bu işdə yeni təyin olunmuş nazir müavininə və kollektivə uğurlar arzulayıb.

Qeyd edək ki, Orxan Zeynalov Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. 2003-2004-cü illərdə Pakistan Xarici Xidmət Akademiyasında xüsusi diplomatik təhsil, 2015-ci ildə isə Harvard Kennedi Məktəbində əlavə təhsil alıb. 2003-cü ildən etibarən Xarici İşlər Nazirliyində müxtəlif vəzifələri yerinə yetirmiş O.Zeynalov 2020-2022-ci illərdə Energetika Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, 2022-2024-cü illərdə isə Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq İdarəsinin rəisi vəzifəsində çalışıb.

Son xəbərlər

Odessa atəşə tutuldu: ölənlər və yaralananlar var

Səudiyyə Ərəbistanı ABŞ ilə müdafiə paktı bağlamağa yaxındır

4 bürcdən “Necəsiniz?” soruşmayın: - Saatlarla sızıltılarına...

Türkiyədə “TikTok” qadağan olunur?

Bakıda tələbələr saqqala görə dərsə buraxılmadı - FOTO

“Zirə” “Araz-Naxçıvan”a məğlub oldu

Mehriban Əliyeva onu təbrik etdi: "Səninlə fəxr edirəm!"

Blinken Hakan Fidanla bunları müzakirə edibmiş

Tiflisdə hökumət tərəfdarları aksiya keçirir

Azərbaycanda körpə ölümlərinin əsas səbəbi nədir?

Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Atasını bıçaqlayan qız xəstəxanaya yerləşdirildi

Kəlbəcərdə usta 4-cü mərtəbədən YIXILDI

Kupman Azərbaycana gəlir

Albaniya - Azərbaycan matçının saatı və məkanı açıqlandı

ABŞ bu türk ölkəsindən 81 təyyarə aldı

Samir Şərifov Ukraynanın yeni səfiri ilə görüşdü

Paytaxtın bu yollarında tıxac VAR

KİV: Paşinyan Vladimir Putinin andiçmə mərasiminə getməyəcək

Bakıda “Prado” ilə avtoşluq etdi, həbs olundu - FOTO

Bütün xəbərlər