BAKU Azərbaycan
°C

Nəsimi rayonu Xətai prospekti 38-də yerləşən ərazidə yanğın hadisəsi baş verib.

Bu barədə Gundem.az-a sözügedən ünvanda yaşayan sakinlər məlumat verib.

Qeyd olunub ki, ərazidə üç ay bundan qabaq qanunsuz tikinti işləri başlayıb. Sakinlər dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, hər hansı tədbir görülməyib.

“Biz qanunsuz tikili barədə Fövqəladə Hallar Nazirliyi, DİN-in 102 xidmətinə şikayətlərimizi bildirmişik. Davam edən işlərin fəsadları ola bilər. Xüsusilə yanğın təhlükəsizliyi nöqteyi-nəzərindən binanın həyətində belə tikinti işlərinin getməsi yanlışdır. Heç kimlə razılaşdırmadan bu addımı atıblar. Nəticə olaraq, bu gün ərazidə nə iş görüblərsə, yanğın hadisəsi baş verib”, - sakinlər söhbət zamanı bildiriblər.

Məlumata görə, hazırda yanğın hadisəsinin qarşısı alınıb. Amma bu o demək deyil ki, sakinlər növbəti dəfə bu cür mənfi hadisələrdən sığortalanıblar. Nə qədər ki, qanunsuz əməllər davam edəcək, belə halların baş verməsi də gözləniləndir. 

Qeyd edək ki, Nəsimi rayonu Xətai prospekti 38-də yerləşən binaların həyətində ilk belə qanunsuz əməl deyil. Belə ki, bir müddət bundan əvvəl “Nəsimi 45” Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti (MMMC) ərazidə oxşar problemlərə səbəb olmuşdu. Sakinlər binaların həyətində qanunsuz “besedka” tikilməsi ilə bağlı saytımıza məlumat vermişdi. Xatırladaq ki, binanın ikinci mərtəbəsində uşaq bağçası yerləşir.

Xəbər saytımızda işıqlandırılandan sonra həmin ərazidəki uşaq bağçası üçün yaşayış binasının həyətində qanunsuz olaraq quraşdırılmış oyun meydançası sökülmüşdü. Sakinlərin haqlı etirazları nəticəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Nəsimi rayonu İcra Hakimiyyəti,  Fövqəladə Hallar Nazirliyi və Nəsimi rayon Polis idarəsi nümayəndələrinin iştirakı ilə qanunsuz tikilininin söküntüsünə qərar verilərək icra olunmuşdu. (Sfera.az)

 

 

 

Son xəbərlər

Tibb işçilərinin maaşı ilə bağlı yeni qərar

Fransada uşaqlarla bağlı QADAĞA - 13 yaşdan aşağı...

Bakıda və Abşeron yarımadasında küləyin sürəti 22 m/s-dək GÜCLƏNDİ

Bu şəxslər pensiyaya 5 il tez çıxacaq

Hava bu tarixdən KƏSKİN DƏYİŞİR - XƏBƏRDARLIQ! 

Azərbaycanlı aparıcıya AĞIR İTKİ - FOTO

Bu xanımlar pilinq ETMƏSİN! - Həkim səbəbi açıqladı

Bu şəxslər pensiyaya daha tez ÇIXACAQ - PREZİDENT TƏSDİQLƏDİ

“Qazprom” zərər edib – Son 25 ildə ilk dəfə

Pakistanda AĞIR QƏZA: 20 nəfər öldü, yaralılar var

Sergey Şoyqunun qızı övladının ŞƏKLİNİ PAYLAŞDI

Uşaq Birliyinin rəhbərinin iddialarına RƏSMİ CAVAB

Prezident fərman İMZALADI

Ərzaq məhsulları yenidən bahalaşır – RƏQƏMLƏR

Ərdoğan: "Türkiyə İsraillə ticarət əlaqələrini kəsmək qərarına gəlib"

Putindən ölkəsi ilə bağlı TƏKLİF: “2030-cu ilə qədər...” 

Azərbaycan hərbçiləri beynəlxalq təlimdə İŞTİRAK EDƏCƏKLƏR

Kəlbəcərdə yük və minik avtomobilləri toqquşdu - XƏSARƏT ALANLAR VAR

Bu xanım Türkmənistana səfir təyin TƏYİN EDİLDİ - FOTO

Kamaləddin Qafarov: “Azərbaycan neokolonializmə qarşı mövqeyini bir daha nümayiş etdirdi”

Bütün xəbərlər