BAKU Azərbaycan
°C

"Mart ayının 3-ü və 10-u keçirilən buraxılış imtahanlarından sonra 53 nəfərin 300 bal toplaması valideyin, şagird və abituriyentlər arasında ciddi ajiotaja səbəb olub. Ali məktəblərə qəbul olunmaq üçün elektron ərizə qəbulu dünən başa çatıb və ixtisas qrupları üzrə sənəd verənlərin sayı vəziyyətin təhlükəli olmadığını göstərib".

Gundem.az xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov bildirib.

“Belə ki, bu il I ixtisas qrupu üzrə 30134 abituriyent ərizə verib. Keçən il bu rəqəm 28864 nəfər idi ki, bu da 1274 nəfər artım deməkdir. Keçən il I ixtisas qrupu üzrə 18.386 plan yeri ayrılıb. I ixtisas qrupu üzrə 200-dən çox bal toplayan bütün abituriyetlər ali məktəbə qəbul ola biləcək. Keçən il bu 28864 nəfərdən 10882 nəfər 200-dən çox bal toplayıb. 2024-cü ildə II ixtisas qrupu üzrə 23950 abituriyent ərizə verib. Keçən il bu rəqəm 23171 nəfər idi ki, bu da 781 nəfər artım deməkdir. Keçən il I ixtisas qrupu üzrə 13.285 plan yeri ayrılıb. Nəticə etibarilə, II ixtisas qrupu üzrə 200-dən çox bal toplayan bütün abituriyetlər ali məktəbə qəbul ola biləcək. Keçən il 23171 nəfərdən cəmi 6803-nəfər 200-dən çox bal toplayıb. Bu il III ixtisas qrupu üzrə 25139 abituriyent ərizə verib. Keçən il bu rəqəm 22149 nəfər idi ki, bu da 2987 nəfər artım deməkdir. Belə bir nəticəyə gəlmək olar ki, III ixtisas qrupu üzrə də 200-dən çox bal toplayan bütün abituriyetlər ali məktəbə qəbul ola biləcək”.

Ekspert qeyd edib ki, bu il IV ixtisas qrupu üzrə 5925 abituriyent ərizə verib.

“Keçən il bu rəqəm 5574 nəfər idi ki, bu da 352 nəfər artım deməkdir. IV ixtisas qrupu üzrə 150-dən çox bal toplayan bütün abituriyetlər ali məktəbə qəbul ola biləcək. Bu il ali məktəblərin plan yeri artacaq. Yeni ali təhsil müəssisələri fəaliyyətə başlamasını nəzərə alsaq, bu il tələbə adını qazanmaq çətin olmayacaq”. (Sfera.az)

Son xəbərlər

Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev İNŞA EDİLƏCƏK

Cəbrayılın Maşanlı kəndində 2 360 sakin üçün 590 fərdi ev inşa ediləcək

Məşhur içki şirkətinin İsmayıllıda zavodu tikiləcək - FOTO

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - DOSYE

Prezident Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB

Azərbaycanlı biznesmen QƏFİL ÖLDÜ - FOTO

Prezident “Zəngilan” və “Şayıflı” SES-in açılışını etdi - YENİLƏNDİ

Prezident Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNDİ + FOTO

Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini QOYDU - FOTO

İlham Əliyev Böyük Mərcanlı kəndinin təməlini QOYDU - FOTO

Prezident Cəbrayılın Karxulu kəndinin təməlini QOYDU - FOTO

Hakan Fidan Pakistana GEDƏCƏK

Prezident Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini QOYDU

Prezidentlə xanımı Zəngilanda “Ağalı” hotelinin açılışında - YENİLƏNƏCƏK

İlham Əliyev Cəbrayıl rayonunda 4 kəndin TƏMƏLİNİ QOYDU

Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini QOYDU

Rusiya bu ölkəyə şəkər satışını ARTIRACAQ

Gümüş sürətlə bahalaşır - SON QİYMƏT

DİM sədri imtahanlarla bağlı yeniliyi AÇIQLADI: "Bu sistemi regionlarda da..."

Bütün xəbərlər