
10.07.2024 / 14:05
153
Zelenski NATO sammitindən ŞİKAYƏTLƏNDİ: \"Kölgədə qalıb...\"
Ukrayna lideri Volodimir Zelenski NATO sammiti ilə bağlı şikayətlərini səsləndirib.
Gundem.az bildirir ki, bu barədə o, “X” sosial şəbəkəsində mesaj yayımlayıb.
“ABŞ-də keçirilən prezident seçkiləri səbəbindən insanlar NATO-nun sammitinə və alyansın tarixi genişlənməsinə diqqət yetirmirlər”, - Zelenski bildirib.
Ukrayna lideri sammitin media oqranlarında da yaxşı işıqlandırılmadığından şikayətlənib: “NATO-nun yubiley sammiti barədə məlumatlar noyabrda keçirilməsi gözlənilən seçkilərlə müqayisədə mediada az görünür. Deyəsən, sammit başqa hekayənin kölgəsində qalıb”, - o qeyd edib.
Xatırladaq ki, iyulun 9-da Vaşinqtonda NATO sammiti başlayıb. (Sfera.az)
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay