BAKU Azərbaycan
°C

Qlobal müharibə tərəfdarları ABŞ-nin Gürcüstanla bağlı qərarlarına təsir edir.

Gundem.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.

Baş nazir qeyd edib ki, ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Gürcüstanda “Xarici agentlər haqqında" qanunun fəaliyyət göstərməsindən danışarkən əlavə tədbirlərin görülməsini istisna etməyib. O, “Gürcü Arzusu” üzvlərinə və deputatlara qarşı tətbiq edilən sanksiyaları və 95 milyon dollarlıq yardımın dayandırılmasını da xatırladıb.

“Qlobal müharibə tərəfinin konkret strukturlara, o cümlədən ABŞ-də və çox təəssüf ki, Dövlət Departamentində ciddi təsiri var. Ona görə də 95 milyon dollara gəlincə, biz bu pulun mahiyyətini öyrənə bilmədik. Sadəcə olaraq, biz hansı 95 milyondan söhbət getdiyini başa düşə bilmədik”, - deyə İ.Kobaxidze bildirib.

“Gürcü Arzusu” liderlərinin fikrincə, qlobal müharibə tərəfi xaricdə Gürcüstanı müharibəyə sürükləməyə və Rusiyaya qarşı “ikinci cəbhə” açmağa çalışan güclü siyasətçilərdir.

Son xəbərlər

Məşhur saç boyasının tərkibində sonsuzluğa səbəb olan maddə tapıldı

Tanınmış aktrisa saxlanıldı - FOTO

Əgər xalq mənim qərarıma qarşı çıxarsa... - Paşinyan

İsrail Qəzza sakinlərinə çağırış etdi

Danimarkada qadınlar məcburi hərbi xidmət edəcək

"İnci taneleri" final edir

Biləsuvar Mərkəzi Xəstəxanasının direktoru işdən çıxarıldı

Dünyanın ən hündür stadionunda oynadılar, nəfəsləri çatmadı - VİDEO

Yasamalda yük maşını yandı - VİDEO

Razılığa gəlmişik, yalnız imzalamaq qalır - Rubinyan

“Evi təmizləmək üçün bir gün vaxt istədi”

Pezeşkian Urmiya gölünə getdi

Azərbaycanda zəlzələ oldu - Yenilənib

İmamoğlunun yerinə o seçildi

Anasının imtina etdiyi körpə Bakıya gətirildi, xəstəxanaya yerləşdirildi

Sevgilisinin ETİRAFI Leonardo Di Kaprionu TƏƏCCÜBLƏNDİRDİ

İmamoğlunu kim əvəz edəcək? - Səsvermə başladı

Qurbanqulu Berdiməhəmmədov Prezident İlham Əliyevi təbrik edib

Türkmənistan Prezidenti İlham Əliyevi təbrik etdi

Liviya Dövləti Prezident Şurasının Sədri Prezident İlham Əliyevi təbrik edib

Bütün xəbərlər