BAKU Azərbaycan
°C

Qərb mediasının məlumatına görə, ABŞ Prezidenti Co Bayden Qərbin Rusiyaya raket zərbələri endirməsinə icazə verəcək.  Belə ki, o, Böyük Britaniya və Fransanın belə bir ssenaridə maraqlı olması şərti ilə Rusiya ərazisinin dərinliklərində yerləşən hədəflərə zərbələr endirmək üçün “Storm Shadow” və “Scalp” raketlərinin istifadəsinə etiraz etməyəcək. Digər tərəfdən, Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Kiyevin Rusiyanın dərinliklərində Qərb silahları ilə zərbələr endirməsinə icazə verilməsi Aİ, NATO və ABŞ-nin Rusiya Federasiyası ilə müharibəyə girməsi demək olacaq. 

 

Baydenin icazəsi hansı nəticələrə səbəb ola bilər? Yaxın zamanlarda Qərb-Rusiya qarşıdurması gözlənilirmi?

Gundem.az xəbər verir ki. bununla bağlı Sfera.az-a açıqlama verən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri Samir Hümbətov deyib ki, artıq Qərb silahları tam olaraq Ukrayna tərəfinə istifadəyə verilir:

“Kiyevə F-16-ların verilməsi ilə bu mərhələ başa çatmış hesab edilə bilər. Amma “Storm Shadow” və “Scalp” raketlərinin verilməsi o deməkdir ki, Qərb ölkələri açıq şəkildə Rusiyanın ortaya qoyduğu qırmızı xətləri dağıdır. Daha dəqiq desək , ABŞ...Çünki Vaşinqtonun razılığı olmadan hansısa bir Qərb dövləti Rusiyaya qarşı rahatlıqla baş qaldıra bilməz. Düzdür, Putin deyir ki, bu silahların istifadəsi Qərb-Rusiya qarşıdurmasına gətirib çıxarır, lakin fikrimcə, Rusiya prezidenti bəyanatı səsləndirməkdə çox gecikib. Çünki bu gün Ukraynanın müdafiəsində istifadə olunan bütün növ təyinatlı silahların demək olar, böyük əksəriyyəti Qərbdə istehsal olunur. Artıq bəyanatı qüvvədən salacaq addımlar atılmağa başlayıb”

Samir Hümbətov qeyd edib ki, Rusiya-Qərb qarşıdurması gözləniləndir:

“Hətta Rusiya digər Avropa dövlətlərinə də zərbə endirə bilər. Bu da faktiki olaraq üçüncü dünya müharibəsinin daha geniş miqyasa keçməsi anlamını daşıyır. Qərb-Rusiya deyil, Qərb və Rusiya-Çin ittifaqının qarşı-qarşıya gəlməsinin şahidi olacağıq. Bilirsiniz ki, Rusiya ilə Çin arasında strateji tərəfdaşlıqla bağlı müqavilə var və həmin sənədə əsasən, Rusiyaya qarşı istənilən təhdid baş qaldıracaqsa, Çin də buna qoşulmalıdır. Bu da böyük dağıdıcı fəlakətə gətirib çıxaracaq haldır. Məlumdur ki, BMT-nin daimi üzvlərinin beşində də nüvə silahı var – Fransa, Böyük Britaniya, ABŞ, Rusiya,Çin Bəlkə,  Bayden attıdığı son addımların tam olaraq nə olduğunu anlamır. Bəlkə, heç Baydenin burada fəaliyyətinə o qədər də icazə verilmir, bu, ABŞ dövlətinin yürütdüyü bir müharibə strategiyasıdır. Hər vəziyyətdə əgər Bayden və ya administrasiyası tərəfindən belə addım atılacaqsa, bu, avtomatik olaraq böyük müharibəyə keçidi əsaslandıra bilər”.

Son xəbərlər

Sağlamlıq üçün gündə nə qədər zülal qəbul edilməlidir? – AÇIQLAMA

6 min manat müavinəti belə ala bilərsiniz - Lazım olan SƏNƏDLƏR

Yeniyetmələr arasında cinayətlər niyə artır, qarşısını necə almaq olar? - AÇIQLAMA

"Barselona"nın futbolçusu Niderland millisinə dəvət almadı

"Moskva Vaşinqtonla potensial hərbi qarşıdurmaya hazırdır" - Rusiya rəsmisi

Gecələr insan bədənində bu dəyişiklik olur – Araşdırma

Bu idman növü insan ömrünü 9 il UZADIR

Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsinə qələbə ilə BAŞLADI

Bu cərimələr artırılır - 300 manatdan 7000 manatadək

Siqaret çəkənlərə VACİB XƏBƏR - Cərimənin məbləği kəskin artırılır!

Bu ölkədə uşaq sahibi olmayanlar vergi ödəyə bilərlər

Əhaliyə XƏBƏRDARLIQ: Bu tarixlərdə güclü geomaqnit qasırğası olacaq

Belçikadan Yaponiyaya qədər... - Elm adamları TƏŞVİŞDƏ

Şəkər tozu yenidən BAHALAŞIR - SƏBƏB

Məşhur müğənninin qızı VƏFAT ETDİ - FOTO

Qadınları eybəcər göstərən geyim səhvləri - Bu tərzlərdən UZAQ DURUN!

“Bitcoin”in yaradıcısı TAPILDI - Sənədli film həqiqətləri üzə çıxaracaqmı?

Qaxda it şagirdə xəsarət yetirdi

Bakıda toylar qadağan olunur - Müğənnilər TƏSDİQLƏDİ

"Ayfona, qabyuyan maşına pul verirlər, istehlak kreditlərinin verilmə şərti sərtləşdirilməlidir" - İqtisadçı

Bütün xəbərlər