16.09.2024 / 18:00
156
Husilər ABŞ-yə məxsus PUA-nı VURDULAR
Husilər ABŞ-nin daha bir pilotsuz uçuş aparatı (PUA) “MQ 9 Reaper”i vurublar.
Gundem.az xəbər verir ki, bu barədə "Al Mayadeen" telekanalı husilərin nümayəndəsi Yəhya Sariyə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, PUA Yəmənin cənub-qərbindəki Damar əyaləti üzərində vurulub.
Bildirilib ki, bu, bir həftə ərzində ələ keçirdikləri üçüncü ABŞ PUA-sıdır. Yaxın Şərqdə eskalasiya başlayandan (2023-cü il oktyabrın 7-dən - red.) bəri onlar 10 PUA-nı sıradan çıxara biliblər.
Döyüş və kəşfiyyat tapşırıqlarında istifadə edilən bu PUA modelinin dəyəri 35 milyon dollar qiymətləndirilir.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay