BAKU Azərbaycan
°C

Bir neçə gündür ki, Livanın cənub ərazilərindəki bəzi obyektlərə havadan zərbələr endirən İsrail bu gündən qurudan da əməliyyatlara başlayıb. Qurudan əməliyyatlara başlamaqda məqsəd “Hizbullah” qruplaşmalarını məhv etməkdir.

Gundem.az xatırladır ki, yeni quru əməliyyatları İsraillə Livan arasında 12-ci toqquşmadır. İsrail və Livan arasında gərginlik 80 ilə yaxındır ki, davam edir. 1948-ci ildən bəri İsrail Livanla 11 dəfə münaqişəyə girib.

İlk müdaxilə 1948-ci ildəki Ərəb-İsrail müharibəsi zamanı baş verib. İsrail dövlətinin elan edilməsindən sonra Livan digər ərəb ölkələri ilə birlikdə İsrailə müharibə elan etmişdi. Təxminən bir il davam edən müharibənin nəticəsində Livan və İsrail atəşkəs sazişi imzalayıblar. Növbəti qarşıdurma 1968-ci ildə olub. Həmin tarixdə Livanda məskunlaşmış Fələstin yaraqlıları İsrail təyyarəsinə hücum ediblər. Buna cavab olaraq İsrail Livanın paytaxtı Beyrutun hava limanına hücum edib və burada xeyli sayda sərnişin təyyarəsini məhv edib.

İki ölkə arasında həmin illərdə gərginliyin artmasında Fələstin Azadlıq Təşkilatının (FAT) İordaniyadan qovulduqdan iki il sonra Livanda məskunlaşması da rol oynayıb. FAT-ın Livanda yaradılması ölkənin cənubunda sərhəd münaqişələrini artırıb.

Növbəti toqquşma 1972-ci ilə təsadüf edib. 1972-ci il Münhen Olimpiadasında İsrail idmançılarının öldürülməsinə cavab olaraq İsrailin xüsusi təyinatlıları Beyrutda Fələstin Azadlıq Təşkilatının üç liderini öldürüb. 1978-ci ildəki növbəti toqquşma isə Livanın bir hissəsinin işğalı ilə nəticələnib.

FAT-ın Tel-Əviv yaxınlığına təşkil etdiyi hücumdan sonra bu təşkilata qarşı Livanın cənubunda əməliyyat başlanılıb. “Litani əməliyyatı” kod adı ilə başlayan əməliyyat zamanı İsrail Livanın cənub ərazisinin bir hissəsini nəzarətə götürüb. Təxminən 10 gün davam edən münaqişə nəticəsində Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası 425 və 426 saylı qətnamə təkliflərini irəli sürüb. Həll təklifləri qüvvəyə mindikdən iki gün sonra İsrail Livandan çəkilib.

Növbəti münaqişə 1982-ci ildə baş verib. Bu dəfə də İsrail Livanın bir hissəsini işğal edib. Amma bu dəfə İsrail ordusu Livanda paytaxt Beyruta qədər irəliləyib. Şəhər təxminən 10 gün İsrail ordusunun mühasirəsində qalıb. Bu hücumdan sonra İran İsrailin qurudan hücumlarının qarşısını almaq üçün Livanda şiə müsəlman silahlı qruplaşması olan “Hizbullah”ı yaradıb.

İsrail 1983-cü ildə Livanın mərkəzindən geri çəkilsə də cənubdakı qüvvələrini saxlayıb. Livanın cənubunda təxminən 15 kilometr dərinlikdə bufer zona yaradılıb. Buna cavab olaraq “Hizbullah” İsrail qüvvələrinə qarşı partizan müharibəsi aparmağa başlayıb. Tərəflər arasında mübarizə təxminən 15 il davam edib.

Növbəti ciddi qarşıdurma 1993-cu ilə təsadüf edib. Həmin ilin iyulunda İsrail Livana qarşı bir həftəlik əməliyyata başlayıb. İsrail məcbur olub yenidən Livanın cənub hissəsində əməliyyatlar keçirərək “Hizbullah”a zərbələr endirib. Hücumun məqsədi “Hizbullah”ın Livanın cənubundan İsrailə hücum etmək üçün baza kimi istifadəsini çətinləşdirmək və Livan hökumətinə qruplaşmaya müdaxilə etmək üçün təzyiq etmək idi.

İsrail 1996-cı ildə “Hizbullah”ın hücumlarına cavab olaraq Livana hücum edib. Həmin illərdə “Hizbullah” İsrailin şimalına raket zərbələri endirirdi və bu ciddi narahatçılıq yaradırdı. Raket hücumlarına cavab olaraq İsrail Livanın cənubundakı Qana kəndini vurdu.

“Hizbullah”ın hücumlarını dayandırması üçün 2000-ci ildə İsrail ordusu Livanın cənubundan geri çəkilib və 22 illik müdaxiləyə son qoyub. Amma 2006-cı ildə “Hizbullah”la İsrail arasında növbəti ciddi qarşıdurma baş verib. İyul ayında “Hizbullah” İsrail sərhədini keçib, iki İsrail əsgərini oğurlayıb və bir neçə əsgəri öldürüb.

Buna cavab olaraq İsrail Livana qarşı beş həftə davam edən böyük əməliyyatlara başlayıb. Əməliyyatlar nəticəsində Livanda infrastruktura ağır zərbələr endirilib və yenidən Livanın cənubu İsrailin nəzarətinə keçib. Lakin İsrail qurudan müdaxilənin əsgərlər arasında itkiləri artırdığını nəzərə alaraq geri çəkilib. İsrail ordusu bu əməliyyat zamanı 160-a yaxın əsgərini itirib.

İsraillə Livan arasında müharibə yenidən alovlanıb. 2024-cü ilin oktyabrın 1-də İsrail yenidən Livana daxil olub. Hərbi hava qüvvələri və artilleriya bölmələrinin ciddi dəstəyi ilə irəliləyən İsrail ordusu bu dəfə “Hizbullah”ı sarsıtmağı düşünür.  (Sfera.az)

Son xəbərlər

Marketdəki məhsulun zərərli olduğunu necə bilmək olar?

Xəzər dənizində zəlzələ oldu

İlham Əliyev İspaniya Kralını təbrik edib

Xərçəngdən qoruyur, immuniteti gücləndirir

2 nəfəri maşın vurub öldürdü

Xalq artisti ekstravaqant görünüşü ilə gündəm oldu

Azərbaycan nefti bahalaşıb

Arvadı ilə dalaşdı - özünü də bıçaqladı

Roma Papası Zelenskini qəbul etdi - FOTO

"Ərəbistanın 7 şəhəri məni PULLA ALIB" - VİDEO

961-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

Reynmen bu gün evlənir - QIZ KİMDİR?

Kobaxidzeni aradan götürməyə hazırlaşırlar

İcra başçısının keçmiş müavininə cinayət işi başlandı - FOTO

Kadırovun cani elan etdiyi çeçen məmur güllələndi

Ən xəsis 4 bürc - Pulu özündən də gizlədirlər

Bu qadınlarda ciddi psixoloji pozuntu var - ƏLAMƏTLƏRİ

Pavel Durovla bağlı oyun istifadəyə verildi - FOTO

Türkiyə limanları 30 milyon tondan çox yük qəbul edib

Xudatda ağır qəza: 2 ölü, 1 yaralı

Bütün xəbərlər