Dünya
13.11.2024 / 20:00
139
Trampın böyük oğlu vəzifəsindən imtina etdi
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın böyük oğlu kiçik Donald Tramp ABŞ-nin yeni administrasiyasına qatılmayacaq, bunun əvəzinə o, "1789 Capital" şirkətində işləyəcək.
Gundem.az oxu.az-a istinadən bildirir ki, qeyd olunur ki, siyasətçinin oğlunun gedəcəyi şirkət mühafizəkaryönümlü şirkətlər sərmayə qoyur. Agentlik yazır ki, kiçik Donald Tramp Ohayo senatoru Ceyms Devid Vensi Respublikaçılar Partiyasının vitse-prezidentliyə namizədi kimi irəli sürərək, atasının seçki kampaniyasında fəal rol oynayıb.
Xatırladaq ki, kiçik Tramp daha çox "Trump Organization"da işləyib. Bundan əlavə, siyasətçinin oğlu bu yaxınlarda atası və iki qardaşı ilə birlikdə "World Liberty Financial" kriptovalyuta layihəsində iştirak edib.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay