Dünya
29.11.2024 / 20:00
130
Türkiyədə 4 silahlı şəxs professoru döyərək maşınını qaçırdı
Üzlərində maska olan 4 silahlı şəxs maşını idarə edən professorun yolunu kəsib, onu döyüb, daha sonra maşınını götürərək qaçıblar.
Gundem.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Türkiyənin İstanbul şəhərində baş verib.
Hadisə dünən yerli saatla 06.30 radələrində "Atakent" ərazisindəki küçələrdən birində baş verib. İddiaya görə, xüsusi bir xəstəxanada Beyin və Sinir Cərrahiyyəsi şöbəsində çalışan Prof. Dr. Halit Çavuşoğlu şəxsi avtomobili ilə işə gedərkən üzləri maskalı 4 silahlı şəxs tərəfindən saxlanılıb.
Halit Çavuşoğlu polis bölməsinə gedərək vəziyyəti izah edib və şikayət edib. Çavuşoğlunun ifadəsini alan polis qrupları hadisə yerindəki təhlükəsizlik kameralarını araşdırıb və 4 şübhəlinin tutulması üçün işlərə başlayıb.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay