BAKU Azərbaycan
°C

Rusiyanın Primorski vilayətinin Vladivostok şəhərində sərxoş şəxs təcili yardım işçilərinə hücum edib.

Gundem.az lent.az-a istinadən bildirir ki, şəhər sakini olan qadın özünü pis hiss etdiyindən çağırışla evə təcili tibbi yardım həkimləri gəlib. Müayinə zamanı qadının sərxoş əri təcili tibbi yardım işçilərinə hücum edib. Kişi nalayiq sözlər işlədib və həkimlər mənzildən çıxmaq istəyəndə, o, qapını bağlayaraq, onları hədələyib.

"Kişinin vəziyyətini və aqressiv davranışını görüb dərhal münaqişəyə girməmək və mümkün qədər tez hadisə yerini tərk etmək qərarına gəldim. Təəssüf ki, o, hücuma davam etdi və bizimlə birlikdə liftə qaçdı. Orada özünü müdafiə etmək üçün var gücü ilə çalışan həmkarımı döyməyə başladı. Sürücüyə zəng vurdum ki, maşının yanında bizi gözləsin və lift dayanan kimi sürətlə çıxışa tərəf qaçdıq", - deyə həkimlərdən biri bildirib.

Kişi qadınların arxasınca küçəyə qaçaraq, orada sürücüyə hücum edib və barmağı ilə onun gözünə vurub. Təsadüfi yoldan keçənlər təcavüzkarın qarşısını almağa kömək ediblər. Xəsarət alan həkimlər hüquq-mühafizə orqanlarına müraciət ediblər. Hücumla bağlı rayon prokurorluğu araşdırma aparır. İdarədən qeyd ediblər ki, münaqişə sərxoş kişinin həkimlərin küçə ayaqqabısı ilə girməsinin xoşuna gəlmədiyi üçün başlayıb.

Son xəbərlər

Əməkdar artist vəfat etdi - FOTO

Dubaya uçan təyyarə Bakıya məcburi eniş etdi

Xəzər dənizində zəlzələ oldu

Bu gün 20 Yanvar faciəsindən 35 il ötür

Azərbaycana ucuz avtomobillər gətirildi - VİDEO

Abdolbari Gözəl vəfat etdi

80 minlik dələduzluğa məruz qalan Hökumənin atası danışdı

"Barselona”dan yeni rekord: 20 milyon...

Bu rayonlara qar yağır

İmişlidə qəza: hadisə yerində xuliqanlıq edənlər saxlanıldı

TƏBİB-dən İmişlidəki qəza ilə bağlı açıqlama

Hökumənin ailəsindən oğurlanan pul belə geri qaytarıldı

Sürücülərə xəbərdarlıq!

3 uşaq atasının meyiti tapıldı

Deniz Akkaya 13 il müddətinə həbs edildi

Velosipedini qırmızı xalçada parkinq etdi, cərimələndi

Polis əməliyyatlar keçirdi - 38 nəfər saxlanılıb

Bu BÜRCLƏR tezliklə əsl xoşbəxtliyi tapacaq

Belçika millisinin baş məşqçisi istefayaGÖNDƏRDİ

Müdafiə Nazirliyi məlumat yaydı -VİDEO

Bütün xəbərlər