
Dünya
20.01.2025 / 17:20
143
Mirzoyan sabah Moskvaya gedəcək
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yanvarın 21-də Rusiyanın paytaxtı Moskvaya işgüzar səfər edəcək.
Gundem.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Səfər çərçivəsində Mirzoyanın Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşü nəzərdə tutulub. Danışıqlardan sonra nazirlər birgə mətbuat konfransı keçirəcəklər.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay