BAKU Azərbaycan
°C

Cənubi Koreya Prezidenti Yun Sok Yolun tərəfdarları dövlət başçısına qarşı impiçmentə etiraz olaraq aksiya keçiriblər.

Gundem.az TASS-a istinadən xəbər verir ki, aksiya iştirakçıları Konstitusiya məhkəməsinin binasının qarşısında saçlarını keçəl qırxıblar.

Aksiyaya qoşulanlar arasında qadınlar da olub. Onlar Konstitusiya məhkəməsindən prezidentə qarşı impiçment prosedurunu ləğv etməyi və onun səlahiyyətlərinin bərpa edilməsini tələb edirlər. 

Bildirilib ki, Cənubi Koreyada başın qırxılması sona qədər mübarizə aparmaq əlaməti hesab edilir. 

Xatırladaq ki, Yun Sok-Yol müxalifəti qiyama yönələn fəaliyyətdə günahlandıraraq ötən il dekabrın 3-də gecə saatlarında ölkədə fövqəladə hərbi vəziyyət rejimi elan edib. Dekabrın 3-dən 4-nə keçən gecə məsələ parlamentdə səsverməyə çıxarılıb və prezidentdən hərbi vəziyyətin ləğv olunmasını tələb edən qətnamə qəbul olunub. Nəticədə dövlət başçısı təxminən 6 saat davam edən hərbi vəziyyət rejimini ləğv etmək məcburiyyətində qalıb. Dekabrın 14-də isə Koreya parlamenti Prezident Yun Sok-Yola impiçment elan edib. Konstitusiya məhkəməsi Yun Sok Yolun ya vəzifəsində qalmasına, ya da impiçmenti təsdiq etməyə dair qərar verəcək. Məsələyə baxılması 6 aya qədər davam edə bilər.

Son xəbərlər

“Barselona” Levandovskinin yerinə hücumçu axtarır

Peskov Trampın sözünü təsdiqlədi: Doğrudur!

Ötən ay doğulan uşaqların sayı məlum oldu

ABŞ Ermənistana hərbi texnika daşıyacaq

ABŞ-dan İrana sərt xəbərdarlıq: Bununla barışa bilmərik

Zubir “Qarabağ”da 300-cü oyununa çıxdı

Ermənistan bu tarixdən bütün uçuşları dayandıracaq

"Baydenin imzaladığı əfv sənədləri etibarsızdır"

Trampı mikrofonla zəhərləmək istəyiblər? -VİDEO

80 yaşlı Türkan Şorayın ÇƏTİN ANLARI - VİDEO

Pula daha çox meyilli BÜRCLƏR

Azərbaycanlı müğəninin ailəsində ağır İTKİ

NK-dan DİN əməkdaşlarının maaşı ilə bağlı qərar

Bayramov Fələstinin səfirini qəbul etdi

"Unibank"dan son çərşənbə aksiyası: Komissiyasız kredit!

Azərbaycanda meyvə-tərəvəz daha da BAHALAŞACAQ? – VİDEO

Azərbaycan bu gün İsraillə müqavilələr imzalayacaq

Bakı aeroportu da gücləndirilmiş rejimə keçir

Alla Puqaçova ciddi əməliyyat keçirdi

Bakıda kişi restoranda iftar zamanı ÖLDÜ

Bütün xəbərlər