BAKU Azərbaycan
°C

ABŞ Prezidenti Donald Tramp administrasiyası Harvard Universitetinə ayrılan 2,2 milyard dollarlıq federal maliyyəni dondurduğunu elan edib. 

 

Gündəm.az xarici mediaya istinadən xəbər verir ki, qərar Harvardın Ağ Evin antisemitizmlə mübarizəyə dair təqdim etdiyi tələbləri rədd etməsindən sonra verilib.

 

Təhsil Departamentinin yaydığı bəyanatda bildirilib: “Bu gün Harvardın verdiyi qərar ölkəmizin ən nüfuzlu universitetlərində yayılmış narahatedici hüquq zehniyyətini daha da gücləndirir”.

 

Qeyd edək ki, Ağ Ev ötən həftə universitet rəhbərliyinə antisemitizmlə mübarizə məqsədilə idarəetmədə dəyişikliklər, işə qəbul və tələbə qəbulu prosedurlarını əhatə edən geniş tələblər siyahısı göndərmişdi. Lakin Harvard bu siyahını rədd edərək, Ağ Evin universitetlərə nəzarət etməyə çalışdığını bəyan edib.

 

Universitetin prezidenti Alan Qarber bazar ertəsi Harvard ictimaiyyətinə müraciətində bildirib ki, təklif olunan nizamlanma qəbul edilməyəcək: “Biz nə universitetin müstəqilliyindən, nə də konstitusiya hüquqlarımızdan imtina edəcəyik”.

 

Qərarın ardınca Təhsil Departamenti Harvard Universitetinə ayrılan 2,2 milyard dollar dəyərində qrant və əlavə 60 milyon dollarlıq müqavilənin dərhal qüvvəyə minməklə dondurulduğunu açıqlayıb.

 

Bu hadisə, Tramp administrasiyasının siyasətinə qarşı açıq şəkildə dirəniş göstərən ilk böyük ABŞ universitetinin Harvard olduğunu göstərir.

Son xəbərlər

"Bakıda 3 evim var"

Əli Əsədov daha bir qərar imzaladı

Bir həftə əvvəl təhqirə görə ağır cəzalanmışdı, yenə eyni cəzanı aldı

“Uzaq sahillərdə” filmi Berlində bərpa olundu

Bakıda yol vermək üstündə dava - Ölən var

Bu proqramı dərhal telefondan silin - Pulunuzu kartlardan belə çəkirlər

İstanbulda davam edən afterşoklar nə vaxt bitəcək?

Telefonunuzda bu proqramlar varsə, pulunuz oğurlana bilər - DİQQƏT

Bakıda bu küçəni su basdı - VİDEO

Prezidentlə xanımı Bakıdakı Müqəddəs Məryəm Ana kilsəsində olub

“9 ildən sonra Azərbaycana bu səfəri yüksək qarşılayırıq” - Yenilənib

Bölgələrdə tibb kollecləri açıla bilər

İstanbulda Rusiya-Türkiyə danışıqları başladı

Tibb işçiləri bu halda imtahandan azad olunacaq

Xəsarət alan məktəblinin vəziyyəti - Açıqlandı

Temperatur artır - Sabah 32 dərəcə isti olacaq

Zəlzələni öncədən bilmək olar - "Android" telefonlarda var, qurmaq lazımdır

Aprelin 25-ninən şanslı BÜRCÜ: Bu gün əsl dönüş nöqtəsi olacaq

“28 Mall”un qarşısında plakat açan təriqət üzvləri həbs edildi - FOTO

ATƏT-in Baş katibi İlham Əliyevin qəbulunda - FOTOlar

Bütün xəbərlər