BAKU Azərbaycan
°C

Cənubi Kaliforniya ştatında bu həftə baş verən 5.2 bal gücündəki zəlzələ bölgədəki ən böyük təhdidə səbəb olan "Elsinore" qırılmasının hərəkətliliyini yenidən gündəmə gətirib.

Gundem.az xəbər verir ki, ABŞ-ın məşhur seysmoloqları bu qırılmanın 7.8 bal gücündə bir zəlzələyə səbəb ola biləcəyini vurğulayıblar. 

"Elsinore" qırılması ABŞ-Meksika sərhədindən başlayıb, Kaliforniyanın San Diego və Riverside qraflarından keçərək Los-Ancelesə qədər uzanır. Bu qırılma xətti bölgədəki ən təhlükəli və gözlənilən zəlzələ mənbələrindən biri olaraq göstərilir. Kaliforniya Texnologiya İnstitutunun məlumatlarına görə, "Elsinore" qırılmasında hər 100-200 ildən bir böyük zəlzələ baş verir və bu zəlzələnin 7.8 bal gücündə olması ehtimalı yüksəkdir.

"Elsinore" qırılması Los-Ancelesdən Las Veqas qədər geniş bir ərazini təsir altına alacaq bir fəlakətə səbəb ola bilər. 2017-ci ildə ABŞ Geoloji Tədqiqat Xidməti (USGS), Elsinore qırılmasından başlayan bir 7.8 bal gücündəki zəlzələnin simulyasiyasını aparmış və bunun ciddi struktur zədələnmələrə, çox sayda insanın ölümünə və iqtisadi fəsadlara səbəb olacağını göstərmişdi.

Ekspertlər zəlzələnin yaxınlaşdığını bildirərək əhalini bu mövzuda daha hazırlıqlı olmağa və mütəmadi olaraq seysmik təlimlər keçirməyə çağırır. "Elsinore" qırılmasında baş verə biləcək böyük təkanların Kaliforniyanın bütün cənubunu təsir altına alması ehtimalı bölgədəki sakinləri narahat edir.

Son xəbərlər

Bu mesajlara cavab verməyin!

Onları görənlər "əriyir" - Ən xarizmatik üç bürc

Rusiyaya kütləvi hücum: 100-dən çox PUA...

Bu şəxslər mənzillə təmin olunacaq – SİYAHI

Bu ölkə Gürcüstan rəsmiləri üçün vizasız rejimi ləğv etdi

Prezident bu ölkələrin DİN rəhbərlərini qəbul etdi - FOTOlar

Milli Məclisin iclası başladı

Bu BÜRCLƏR iyun gəlməmiş həyatını dəyişdirən təklif alacaq

Təhsil sistemində sərt qərar: Daha 3 məktəb direktoru işdən çıxarıldı

Mərkəzi Bankın rəhbərliyinin maaş ödənişləri 40% artdı

Bu rayonunun bir hissəsində qaz olmayacaq

Şəbnəm Tovuzlu Vəfa Şərifovanı hədələdi: “Əsəbimdən ağlayıram, indi gəlirəm”

Elektrik və hibrid avtomobillər bahalaşacaq? - Güzəşt müddəti bitir

Modriç bu həftə açıqlayacaq: gedir, yoxsa...

Kıvanç Tatlıtuğ ilk dəfə xəstəliyini AÇIQLADI

Qadın avtobus sürücüləri nə qədər maaş alacaq? – Rəsmi AÇIQLAMA

Əfsanələr yenidən üz-üzə gələ bilər - Ronaldo üçün gözlənilməz təklif

Onlar dünyanı fəth edəcək: Mask robotlarına görün nə öyrədir

Macarıstandan nə gözləyək?

Putinin sayılı günləri qalıb... - Qrem

Bütün xəbərlər